21may – 31 Ordibeheşt
Ümumdünya Mədəni Müxtəliflik, Dialoq və İnkişaf Günüdür
Qarşılıqlı anlaşma və bütün mədəniyyətlərə hörmət ictimai birlik, xalqlar arasında barışıq və sülh üçün vacib ilkin şərtlərdəndir.
Mədəniyyət cəmiyyətin və ya sosial qrupun fərqli emosional, intellektual, maddi və mənəvi xüsusiyyətlərinin məcmusu deməkdir.
Mədəniyyət incəsənət və ədəbiyyatla yanaşı, həyat tərzimiz, birlikdə yaşam üsulumuz və inanclarımız sırasına daxildir.
Mədəniyyətlər zamanla, müxtəlif məkanlarda və fərqli yollarla inkişaf etmişdir.
Bu müxtəlifliyin kökündə bir çox insan cəmiyyətlərinin milli birliyi dayanır.
Mədəni müxtəliflik dəyişiklik, innovasiya və yaradıcılıq mənbəyi olaraq, təbiət üçün biomüxtəliflik qədər faydalıdır. Beləliklə, mədəni müxtəliflik ümumi bəşəri irs kimi, indiki və gələcək nəsillərin rifahı naminə qəbul edilməlidir.
Mədəni irs və yaradıcılıq mədəni ənənələrə söykənir və digər mədəniyyətlərlə təmasla çiçəklənir. Məhz buna görə də mirasın bütün formalarını qorumaq, onu yaymaq və gələcək nəsillərə bəşər təcrübəsinin qeydi və öz istəklərini ifadə etmək vasitəsi kimi ötürmək çox vacibdir. Çünki bu, yaradıcılığı bütün müxtəlifliyi ilə inkişaf etdirməyə kömək edir və onu stimullaşdırır. Mədəniyyətlər arasında saf və səmimi dialoqu stimullaşdırır.
İran qədim zamanlardan etibarən mədəni müxtəlifliyi yaşadan qədim ölkələrdən biridir. Onu müxtəlif mədəniyyətlərin icması saymaq olar. İrandakı mədəni müxtəliflik, bəzi müxtəlif cəmiyyətlərdən fərqli olaraq, tarix boyu siyasi uyğunsuzluğa və millətlərarası münaqişəyə səbəb olmayıb. Bütün cəmiyyətlər dinc şəkildə yaşayıblar. Hətta İran tarixinin bəzi dövrlərində etnik dəyişikliklərin olmasına baxmayaraq, bu hadisələr millətlərarası çəkişməyə və ksenofobiyaya deyil, vətəni müdafiəyə, o cümlədən, tiranlıqla mübarizəyə və hakim təbəqənin səriştəsizliyinə qarşı yönəlmiş tədbirlər idi.
İran etnik qruplarının dinc yanaşı yaşaması semantik sistemdən və bütün iranlıların onların iranlı olduğuna dair ortaq inancından qaynaqlanır. Buna onların ortaq tarixinin olmasından və vahid İslam dininin vəhdətindənm təsirlənmişdir. Bu iki ünsür iranlıları vadar etdi ki, öz kimlik sistemini elə müəyyənləşdirsinlər ki, nəinki müxtəlif etnik qruplar bir-biri ilə birgə yaşasın, hətta onların etnik kimlikləri indiyədək milli kimlikləri ilə ziddiyyət təşkil etməsin.
Öz rəyinizi yazın.