• Apr 13 2022 - 10:43
  • 197
  • Mütaliə zamanı : 5 minute(s)

İranın görkəmli şairi və iftixarı olan Əttar Neyşaburinin İldönümü münasibəti ilə bir neçə kəlam

Allahın adı ilə

 

İranın görkəmli şairi və iftixarı olan Əttar Neyşaburinin

İldönümü münasibəti ilə bir neçə kəlam

 

 

Hicri-şəmsi təqvimi ilə 25 fərvərdin, miladi təqvimi ilə isə 14 aprel İranın görkəmli şair, yazıçısı və tanınmış alimi olan Əttar Neyşaburinin anım günüdür. Şeyx Əttar kimi tanınan Fəridəddin Əbu Hamed Məhəmməd Əttar Neyşaburi hicri altıncı əsrin sonu və yeddinci əsrin əvvəlində yaşamışdır.

 

 

 O Neyşaburda anadan olub. Hər ikisi də zöhd və təqva əhli olan ata və anası onun gəncliyinin sonuna qədər həyatda idilər. Əttar da atası kimi əczaçılıq peşəsinə malik olduğundan, daruxanalarda həkimliklə məşğul idi.

 

O, uşaqlıq və gənclik illərindən biliyə və ədəbə malik idi. Onun əsərlərində Quran biliyinin əlaməti olaraq hədis, fiqh, təfsir, tibb, astronomiya, kəlam və ədəbiyyat aydın görünür. O musiqi ilə də maraqlanırdı. O, inanclı bir müsəlman idi. Əttar Neyşaburi hicri 618-ci ildə monqol hücumları zamanı qətlə yetirildi. Onun yadigar qalan dəyərli və gözəl əsərləri sırasında “İlahinamə”, “Əsrarnamə”, “Müsibətnamə”, “Təzkirətül-övliya”, “Pəndnamə”, “Əştərnamə”, “Nüzhətül-hicab”, “Bəyanül-ərşad”, “Otuz fəsil”, “Bülbülnamə”, “Vüslətnamə” və s. ni qeyd etmək olar. Bu qüdrətli şairin üslubu Məsnəvi - nəsr - lirik və dördlükdür. Bu qüdrətli şairin üslubu Məsnəvi - nəsr – qəzəl və rübaidir. Onun məzarı Neyşaburda yerləşir. Əttarın ən mühüm xüsusiyyəti bundadır ki, onun bütün əsərləri təsəvvüfə həsr olunub və poetik əsərlər toplusunda irfan ilə boyanmamış bir misra belə yoxdur. Əttarın şeirlərinin dili yumuşaq və mümkün dərəcədə xalq dilinə yaxındır. Onun qəzəlləri şövq ilə doludur. Bu baxımdan onun şeirləri, Mövləvinin şeirlərinin yaranmasının müqəddiməsi hesab olunur. Əttarın bütün dəyərli kitablarının təfsiri və izahı bir-iki kitaba sığmaz.

 Amma bu məqalədə fars dilində olan əsərlərindən biri olan “Məntüqüt-teyr” məsnəvisi haqqında qısa məlumat verəcəyik. Bu əsərdə  mənəvi “Seyri-süluk” mərhələləri, onun mənəvi çətinlikləri və şərtləri quşların hekayəsinin bəyanı ilə təsvir edilir. 4600-dən artıq beytdən ibarət olan “Məntüqüt-teyr” onun şah əsərlərindən biri hesab olunur. Əsərin mövzusu quşların özlərinə padşah seçmək üçün olan söhbəti, Hüdhüdün onları Simurğa doğru yönəltməsi, Simurq ilə otuz quş arasında olan mürəkkəb dialoq barədədir.          

هد هد آشفته دل پر انتظار                     در میان جمع آمد بی قرار

حله ای بود از طریقت در برش                  افسری بود از حقیقت بر سرش

گفت ای مرغان منم بی هیچ ریب (شک)    هم برید حضرت و هم پیک غیب

آنکه بسم الله در منقار یافت                     دور نبود گر بسی اسرار یافت

 

Tərcüməsi: “Hüdhüd (şanapipik) pərişan və qərarsız halda toplaşanların arasına gəldi. Əyninə təriqət libası geyinmişdi. Başına həqiqət tacı qoymuşdu.  Dedi ey quşlar! Şübhəsiz ki, mən həm Simurq sarayına elçisiyəm, həm də qeybin xəbərçisiyəm. Allah üçün çalışan, Allahın çoxlu sirlərini bilər.”

Həmçinin “Məntüqüt-teyr”–in quruluşu belədir ki, Əttar əsərin müqəddiməsində Allahı və peyğəmbəri – Əkrəmi (s) vəsf edərək yazır:

آفرین جان آفرین پاک را        آن که جان بخشید و ایمان خاک را

Tərcüməsi: “Pak olan Allaha həmd olsun ki, xilqəti və insanı yaratdı”

این کتاب به زبانهای متعددی  از جمله به زبان انگلیسی  چاپ شده است.

Bu kitab ingilis dili də daxil olmaqla bir çox dilə tərcümə olunub. Bildiyimiz kimi, irfanın mərhələləri müxtəlif formalarda təqdim olunur. Şeyx Əttarın da irfani “Seyri-süluk”-a  çatmaq üçün yeddi mərhələsi var, bunlar:

  1. Tələb 2. Eşq 3. Mərifət 4. İstiğna 5. Tövhid 6. Heyrət 7. Fəqrü-fəna

Bunlara eşq şəhərinin yeddi qapısı deyilir.

Salik eşq şəhərinin yeddi mərhələsindən birincisi olan “Tələb” mərtəbəsində heç bir aramlıq tapmır.  

Amma “eşq” mərhələsi olan ikinci mərhələdə hesab tutan ağıl tərk edilir. Eşq ilə “seyri-süluk”-un bütün maneələrinə dözülərək, irəli gedilir. “Mərifət” adlanan üçüncü mərhələdə ilahi itaət nəticəsində cismani və bəşəri istəklər faniləşir və zatda olan haqq sabitləşir. “İstiğna” mərhələsində (dördüncü mərhələ) ehtiyac duyulmayan maddi məsələlər kənara qoyulur və İlahinin haqq sifətlərindən faydalanılır.

Amma “Tövhid” adlanan beşinci mərhələdə salik kainatın bütün gözəlliklərini və maddiyyatının həqiqətini pak və misilsiz zatda görür.

 “Təəccüb” adlanan altıncı mərhələdə salik özündən və ruh aləmindən qafil halda gəzir. Özünün baqi, yoxsa fani olduğunu bilmir. Onun qəlbində ilahi sirlərin qığılcımları təzahür edir, dilindən sirli mənəvi həqiqətlər cari olur.

“Fəqrü-fəna” adlanan yeddinci mərhələdə salik yalnız və yalnız xalis varlığı dərk edir və mütləq fənaya çatır.

Bəli, salik mərhələlərdən keçdikdən sonra “fənafillah”-a qovuşur və yalnız (Allahı) görür və bütün varlığı ilə deyir: “Allahdan başqa məbud yoxdur”.

Əttara xüsusi bağlılığı olan Rumi gözəl misralarında deyir:

هفت شهر عشق را عطار گشت               ما هنوز اندر خم یک کوچه ایم

آنچه گفتم در حقیقت ای عزیز       آن شنیدستم من از عطار نیز

من آن مولای رومی ام که از نطقم شکر ریزد      و لیکن در سخن گفتن غلام شیخ عطارم

Tərcüməsi: “Əttar eşqin yeddi şəhərini gəzib bitirdi, biz isə hələ onun əyri bir küçəsindəyik. Həqiqətdə dediklərimi Əttardan eşitmişəm ey əziz. Mən nitqindən şəkər tökülən Mövləviyəm. Lakin söz deməkdə Şeyx Əttarın qulamıyam!”

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: