• May 19 2022 - 10:27
  • 169
  • Mütaliə zamanı : 1 minute(s)

28 Ordibeheşt - 18 may Həkim Ömər Xəyyamın anım günü münasibətilə

28 Ordibeheşt - 18 may,  Səlcuqlar dövründə Neyşaburda doğulmuş görkəmli  iranlı filosof, riyaziyyatçı, nücumşünas və rübai şeirlər ustası Həkim Ömər Xəyyamın ildönümü günüdür. 

Xəyyamın elmi mövqeyi ədəbi mövqeyindən üstün olsa da, onun dünya şöhrəti qazanması rübai şeirləri ilə bağlıdır.

Xəyyamın rübailəri dünya dillərinə tərcümə olunmaqdan əlavə, Edward Fitzgerald  Xəyyamın rübailərini ingilis dilinə  tərcümə etməklə qərbdə daha da məşhurlaşmışdır.

Xəyyamın rübai üslubunda olan şeirləri qısa və sadə, eyni zamanda dərin fəlsəfi mənaları və böyük mütəfəkkirin yaradıcılığın böyük sirlərinə qarşı şüurlu düşüncəsinin nəticəsini ehtiva edən şeirlərdir.

Xəyyam Məlekşah dövründə Məlekşah Rəsədxanasının müdiri idi. İlin təqvimi onun tərəfindən tənzimlənirdi. Bu gün günəş təqvimi Səlcuqlu Cəlaləddin Məlikşah dövründə Xəyyam və digər alimlər tərəfindən aparılan hesablamaların nəticəsidir və Cəlali təqvimi adlanır.

Bu təqvimin hesablamaları çox dəqiqdir və əsrlər boyu onda çox az irad olmuşdur. Xəyyam doğma şəhərində vəfat edib və onun məzarı hazırda şəhərin turistik yerlərindən və simvollarından biridir. Xəyyamın rübailərindən biri asağıdakıdır:

ای دوست بیا تا غم فردا نخوریم

وین یک دم عمر را غنیمت شمریم

فردا که ازین دیر فنا درگذریم

با هفت‌هزارسالگان سربه‌سریم

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: