Miniatür ; milli-mənəvi miras
Miniatür ; milli-mənəvi miras
Zərif və xüsusi bəzəklərə malik rəssamlıq növünə miniatür deyilir və qədim zamanlardan bu sənət şərqdə geniş yayılmışdır. İran miniatürü qədimlərdən islam dövrünə qədər və o zamandan da müasir dövrə qədər bu ölkədə yayılmış, elmi, tibbi, dini və ədəbi kitabların rəssamlığında istifadə olunmuşdur. Müasir İranda miniatür daha çox tablolarda və bəzəklərdə istifadə olunur.
Bir iranlının zehnində və həyatında miniatür hisslərdən və fikirlərdən mayalanmışdır və bu ölkə insanlarının yaşayışının tarixi ilə dəyişilmişdir.
Nigar irfan ədəbiyyatında Allahın zatına deyilir (farsca nigargəri – miniatür) və eşq ədəbiyyatında da məşuqa deyilir və miniatür sənətində İlahi əsl rəssamdır və bütün baxışlar Onadır və O, da müxtəlif çöhrələr yaradır. Bu tərif ilə nigargər (rəssam) Haqqın cilvələrini təsvir edəndir.
Baxmayaraq ki İranda miniatür sənəti Mani zamanına gedib çıxır lakin islamın İrana daxil olması və yeni fikir və etiqadın yaranması ilə yeni hadisələr baş verdi. Bu yeni təfəkkür mərhum Hüseyn behzad və mahmud Fərçiyan kimi ustadların və iranlı ustaların yeni dəyərli əsərlərinin əsası oldu. Çövgan, Şirin və Fərhad, Kəbədə doğulan, Peyğəmbərin (s) meracı kimi əsərlər bu üsluba aidirlər
İran miniatürü 5 xüsusiyyətə malikdir:
1- Açıq kölgə yerinə qələm xələrindən istifadə etmək
2- Xüsusi küncdən yerinə nurani fəzadan istifadə
3- Parlaq rənglərdən istifadə
4- Dərinliyi gəstərən zaman perespektiv yerinə səthdən istifaə etmək
5- Əşyanı ən yaxşı bucaqdan nümayiş etdirmək
İran miniatür sənəti YUNESKO nun 2020 ci ildə 15 ci iclasında qeyri maddi irs siyahısına salınmışdır.
Ad | Miniatür ; milli-mənəvi miras |
Ölkə | İran |
Növ | |
Mar 4 2022 |