tədbir
Nizami Gəncəvinin xəzinəsindən incilər adlı şeir gecəsi
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində farsdilli şair Nizami Gəncəvinin ədəbi və poeziya gecəsi keçirilib. Bu proqramda Azərbaycan Respublikasının 20 şair və yazıçısı iştirak edib.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində farsdilli şair Nizami Gəncəvinin ədəbi və poeziya gecəsi keçirilib. Bu proqramda Azərbaycan Respublikasının 20 şair və yazıçısı iştirak edib.
Proqram Qurani Kərimin oxunması ilə başladı. Sonras İran Mədəniyyət Mərkəzinin sədri İran və Azərbaycan arasında dostluq və ikitərəfli əlaqələrin 30-cu ildönümünü təbrik edərək deyib: “İki dost və qardaş ölkə İran və Azərbaycan son otuz ildə həmişə bir yerdə olub və onlar bu dostluqdan, qonşuluqdan qürur duyurlar və bu gün Azərbaycan Xarici İşlər Nazirliyində bu münasibətlə proqram hazırlanıb.
Martın 12-si həm də İranda hicri şəmsi təqvimlərində Nizami Gəncəvi xatirəsinin ildönümünə təsadüf edir və biz bu gün bu böyük və qüdrətli şəxsiyyət haqqında danışmaq və bu müdrik şəxsiyyətə nəzər salmaq üçün bir araya toplaşmışıq. Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan sual verdi ki, Nizami əvvəlcə şeir yazıb, sonra hikmətə müraciət edib? Yoxsa əvvəlcə müdrik olub, sonra şeirə gedib? O dedi: Görünür, Həkim Nizami ilk dəfə hikmət yolu ilə getmiş və müxtəlif elmlərdə zirvəyə çatmışdır ki, özü də bunu etiraf edib.
Sonra şeirlə məşğul olub. Bu o deməkdir ki, Nizami müxtəlif sahələrdə informasiya dənizi olub və fəlsəfi, irfani, ədəbi və tarixi ideyalara üstünlük verib və bu, sirlər xəzinəsindən başlayıb yeddi gözələ gətirib çıxarıb.
Daha sonra əlavə edib: “Nizami şeirləri onun niyyətindən və daxilindən olub və faktları olduğu kimi ifadə edir və bu şeirlər onun zərif daxilindən qaynaqlanır və buna görə də Nizami şeirlərində hikmət aydın görünür. Bu, İmam Əlinin (ə) bəyəndiyi bir şeirdir və o, belə şeirlərə və şairlərə istinad etmişdir.
Nizaminin poeziyası bu səviyyədə olanda bu ağır yükü daşıya bilən və Nizaminin eyni formatda məfhumları tamaşaçılara təqdim edən ancaq şeir idi və ona görə də şeirə gəldi. Şeirləri çox ağır və eyni zamanda rəvan və heç vaxt olmamış və köhnəlməyəcək bir hekayə danışdı. Şeirin Nizami nəzərində yeri çox ucadır. Onun fikrincə şeir Peyğəmbərlərin təbliğ etdiyinin ardınca gedir. Peyğəmbərlər gəlib öz kəlamlarını zamanə qabına tökdülər və şairlər o kəlamları öz vücudlarında bitirib gözəllik formasında zamanəyə qaytardılar və həqiqətdə şeir Peyğəmbərlərin baxdığı həqiqətdir. Ümid edirik ki, Nizaminin şerləri düzgün başa düşülərək düzgün oxunsun ki, onun missiyasına xələl gəlməsin.
Daha sonra 40-dan çox ədəbi və poetik əsəri olan Buzovnadan ruhani Əhli-beyt (ə) şairi cənab Hacı Sultan Əlizadə bu haqda dedi:
15 yaşımdan şeir axtarışında olmuşam və 40 ildən artıqdır ki, Gəncəvinin şeirləri ilə tanış olmuşam və İmam Əli ilə bağlı bütün Nizami şeirlərini toplamışam, onu xüsusi bir şəkildə qeyd edir və ilk növbədə onu bütün əsərlərində gətirir. O, əlavə etdi: “Bir çox şair və yazıçılar Nizami Gəncəvini özünə uyğunlaşdırıblar, lakin onların heç biri onun poetik və ədəbi səviyyəsinə çata bilməyib”. Sonda o, Nizami Gəncəvi haqqında təxminən 40 il əvvəl yazdığı şeirləri söylədi.
İclasda növbəti məruzəçi Azərbaycan Ədəbiyyatı Jurnalının redaktor müavini doktor Adil Cəmil olub.
Nizami Gəncəvi konkret zaman və məkana xas deyil və onun şeir və düşüncələri də universal xarakter daşıyır. O, multikulturalizmi təklif etdi, lakin XXI əsrdə heç kim bu ideyanı ona aid etmədi. Nizami Gəncəvi beş ədəbi əsərində fəlsəfə sahəsində misilsiz nəzəriyyələr təklif edə bildi. 880 ildən sonra dünyanın bu fikirləri anlamaq üçün hələ çox yolu var, lakin unutmaq olmaz ki, Nizami Sənai kimi digər böyük şairlərdən bəhrələnib. Ədəbi proqramın digər məruzəçisi olan yazıçı, Füzulişünas professor Cəfər Həsənli olub. O, təşəkkürlərini bildirərək qeyd edib ki, Nizami Günəş kimi coğrafi xarakter daşımır və onun harada doğulmasının heç bir əhəmiyyəti yoxdur. Mühüm olan odur ki bəşəriyyət onun irfani, fəlsəfi və ədəbi fikirlərrindən faydalana bilsin. Sovet dövründə Gəncəvinin şerlərinin ataları tərəfindən necə oxunduğu və onlara təsir göstərdiyi xatirələrini xatırladıb, lakin təəssüf ki, keçmiş Sovetlər İttifaqında bölgə əhalisini Gəncəvinin uzaq tutmaq və buna görə də onun əsərlərinin farscadan tərcümə etmək siyasəti aparılıb və düzgün tərcümə edilməmişdir və Xəmse tərcümələrinin zəifliyi hələ də mövcuddur və bunəzərə alınmalıdır.
Bu ədəbi məclisin digər məruzəçisi Əhli-beyt şairiGülbala Fənai idi. Cənab Fənai də Gəncəvinin tərcümələrinin zəifliyindən danışdı və mərhum Zəki və başqaları kimi böyük şəxsiyyətlərin bu ədəbi-bədii tərcümələrin ərsəyə gəlməsini arzuladı. Xəmsəni yenidən tərcümə etmək üçün səy göstərilməsini istədi.
Bu Əhli-Beyt (ə) şairi Nizami Gəncəvini fars dilini mükəmməl bildiyi qədər bu çeşmədən bəhrələnən universal bir şair hesab etdi. Nizami Gəncəvinin Peyğəmbəri-Əkrəmə və İmam Əliyə xüsusi bağlılığı var idi və təbii ki, Həzrət Peyğəmbərin (s) kəlamlarından Həzrət Höccətdən bəhs etmiş və onu tərifləmişdir. Nizami beynəlmiləl bir şəxsiyyətdir ki, ondan sonrakı bütün şairlər onun əsərlərindən bəhrələnmişlər. Çıxışının sonunda cənab Gülbala Fənayi tamaşaçılar üçün Nizami Gəncəvi haqqında şeirlərini oxudu.
Əhli-Beyt şairi cənab Seyid Nurəddin Darafərin də bu ədəbi dairənin natiqlərindən idi. O, mədəniyyət Mərkəzinə təşəkkürlərini bildirərək Həzrəti Hüccət barədə olan şerini oxudu.
Proqramın digər hissəsində Azərbaycan Milli Konservatoriyasının şair-musiqi müəllimi, professor Aqil Məlikov Nizami haqqında bir neçə kəlmə danışaraq, daha sonra Nizaminin farsca şeirlərindən və onların türkcə tərcüməsindən misralar söyləmiş və onları öz kollektivi ilə ifa etmişdir.
Bu ədəbi məclisin son məruzəçisi Urmiyadan olan ədəbiyyat professoru, Bakıdakı Həzrət Vəliəsr məktəbinin ədəbiyyat müəllimi doktor Zərrintəre oldu və o, Gəncəvinin sugnamələri haqqında danışaraq dedi: Onu oxuduqca görürük ki, Nizami şadl şair olmuşdur yaşı artdıqca kədəri daha çox onun əsərlərində hiss edirik. Xəmsədə 20 növ sugnamə var ki, onlar bir çox araşdırılmışdır.
Nizami də özü haqqında yazıb, heyvanlar və onların haqqında çox şeylər onun Xəmsəsində tapıla bilər və bəlkə də ən kədərlisi Məcnunun Leylinin məzarına gedib məzarı üstündə mərsiyə deməsidir.
Qeyd edək ki, bu proqramın arasında konfrans zalının hərəkət edən səhifəsində Nizaminin biblioqrafiyası nümayiş etdirilib, bəzi kitabları sərgilənib və proqramın sonunda ustad və məruzəçilərə Nizaminin kitabları hədiyyə edildi.
Öz rəyinizi yazın.