• Apr 21 2022 - 13:39
  • 180
  • Mütaliə zamanı : 2 minute(s)

Sədi Şirazi

Şeyx Müslihəddin Sədi Şirazi, şübhəsiz ki, bu diyarda yaşamış ən böyük İran şairlərindən biridir və yeddi əsrdən sonra onun əsərlərinin təsiri azalmayıb və fars dili var olduqca o da var olacaq. Ədəbiyyatçılar onu “Söz ustadı”, “Söz şahı”, “Şeyxi Əcəl” və hətta mütləq şəkildə “Ustad” adlandırmışlar.

Sədi Şirazda din alimləri ailəsində anadan olub. Şirazda ədəbi və dini elmlərin əsaslarını öyrənmiş, sonra təhsilini başa çatdırmaq üçün Bağdada getmişdir. Sədinin digər uzun səfərlərinin müqəddiməsi olan bu səfər hicri 620-ci ildə baş vermişdir.

 Sədi haqqında qeyd edilə biləcək mühüm məqam onun həyatında qazandığı böyük şöhrətdir. O vaxta qədər, Kiçik Asiyadan Hindistana qədər müxtəlif ölkələrdən fars alimlərini tanıyanların nəzərincə az sayda şair şöhrətdə Sədiyə çata bilmişdir.

Sədinin əsərləri iki kateqoriyaya bölünür; nəzm və nəsr. Onun nəsr əsərləri, xüsusən də şah əsəri olan “Gülüstan” səkkiz fəsildən ibarətdir; Padşahların xisləti / Dərvişlərin əxlaqı / Qənaətin fəziləti / Susmanın faydaları/ Eşq və gənclik / Zəiflik və qocalıq / Tərbiyə təsiri / Danışma ədəbi.

Sədi Şirazinin poetik əsərlərinin başında qədim variantda ümumən “Sədinamə” adlanan və sonralar “Bustan” kimi tanınan fars poeziyasının mübahisəsiz şah əsərlərindən biri dayanır. Bu mənzum əsər on fəsildə əxlaq, tərbiyə, moizə və araşdırmadır: 1- Ədalət 2- Ehsan 3- Eşq 4- Təvazökarlıq 5- Rza 6- Zikr 7- Tərbiyə 8- Şükr 9- Tövbə 10- Dualar

Gülistan və Bustan əxlaq kitabları kimi tanınır və iranlılarla yanaşı, Volter, Höte və Puşkin kimi qeyri-iranlı mütəfəkkirlərə də təsir edib.

Sədi Quran və hədislərə bələd olan və əsərlərində ondan istifadə edən şairlərdəndir. O, həm nəsrdə, həm də şeirdə Quran təlimlərinə diqqət yetirmişdir. O, şeirlərində İslam Peyğəmbərinin hədislərindən istifadə etmiş və peyğəmbərlik hədislərinin məna və məfhumları üzərində illər boyu fikirləşərək onları öz əqli çərçivəsinə uyğunlaşdıran və nəhayət, onun nəticələrini öz dinləyicilərinə şeir və nəsr ilə təqdim edən mahir bir mühəddis idi. Sədi öz məmləkətində vəfat edib və onun qəbrinin hazırkı binası Milli Abidələr idarəsi tərəfindən hicri şəmsi 1331-ci ildə qədim və yeni İran memarlığının vəhdəti ilə hündür dam və kirəmitli səkkizguşəli malikanənin ortasında kaşılardan istifadə edilərək tikilmişdir.

در اقصای عالم بگشتم بسی         به سر بردم ایام با هر کسی

تمتع به هر گوشه ای یافتم         ز هر خرمنی خوشه ای یافتم

چو پاکان شیراز خاکی نهاد        ندیدم که رحمت بر این خاک باد

تولای مردان این پاک بوم              برانگیختم خاطر از شام و روم

دریغ آمدم زان همه بوستان         تهیدست رفتن سوی دوستان

به دل گفتم از مصر قند آورند                 بر دوستان ارمغانی برند

مرا گر تهی بود از قند دست          سخن های شیرین تر از قند هست

نه قندی که مردم به صورت خورند          که ارباب معنی به کاغذ برند

 

 

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: