İran İslam İnqilabının Ali Rəhbəri Ayətullahül-Üzma Seyid Əli Xameneinin baxışında Novruz
Allahın adı ilə
İran İslam İnqilabının Ali Rəhbəri Ayətullahül-Üzma Seyid Əli Xameneinin baxışında Novruz
Novruz bayramı – ibadət günü
Şərq bayramı olan Novruz özündə özünəməxsus və xüsusi dəyərlər daşıyır. Əslində Novruz rəmzdir. O, yenilik, təravət, gənclik və canlılıq rəmzi olmaqla yanaşı, bir-birinə qarşı mehribanlıq və məhəbbət, qardaşların bir-biri ilə hal-əhval tutması, qohumların bir-birinə mehribanlığı, dostlar arasında səmiyyət və yoldaşlıq münasibətlərin möhkəmlənməsi, kin-küdurətin aradan qalxması simvoludur.
Çünki bahar təravət və canlılığın təzahürüdür. Bütün bu mənalar əslində yazda mövcuddur. Bu, Novruzu yeni ilinin başlanğıcı edən xalqlarımız üçün bir imtiyazdır. Çünki o, bu görkəmli mənaları daşıyır.
Bu milli bayramdır. Novruz dini bayram deyil. Amma Novruz bayramı da müqəddəs şəriətimizin böyükləri tərəfindən bəyənilib. Bizim bir neçə rəvayətimiz var ki, orada Novruz bayramı qeyd olunub və təqdir edilib.
Bu isə ona səbəb olub ki, Novruz insanların Allah qarşısında ibadətini, Allah qarşısında təvazökarlığımızı ifadə etmək üçün bir vasitəyə çevrilsin. Əslində bu, insanın qəlbini Allahı zikr etməklə təravətləndirmək üçün bir fürsətdir.
Müsəlmanların səyi bütün sahələrdə ən yaxşısına nail olmaqdır. Hamımızın hər yeni ilin əvvəlində, il dəyişən vaxtı oxuduğumuz duada deyilir ki, bizi ən yaxşı hallara, ən gözəl günlərə, ən gözəl vəziyyətlərə yetirsin. Müsəlman insanın böyük səyi bütün sahələrdə ən yaxşısına nail olmaqdır.
İlə dua və Allahı zikr etməklə başlamaq dəyərlidir. İkincisi isə, Novruz insanların bir-birini görmək, ziyarət etmək, anlaşılmazlıqları, inciklikləri aradan qaldırmaq və məhəbbəti artırmaq üçün vasitədir.
Bu isə, eyni ilə İslam qardaşlığı və şəfqəti kimidir. Novruz həm də müqəddəs məkanları ziyarət etmək üçün bəhanə kimi istifadə olunur.
Allahla və insanlarla barışmaq insanın təkamülünün iki əlamətidir. İlin başlanğıcı üçün olan duada Uca Allahdan bizi ən yaxşı halımıza qaytarmasını diləyirik ... Burada sual yaranır: “Bu kamilliyin əlaməti və istiqaməti nədir və insan necə özünü düzəldib kamilliyə doğru irəliləyə bilər?” İşarə olaraq iki başlıqdan istifadə edəcəyəm. Bu iki əlamət Allahla və insanlarla barışıq olmaqdır.
Biz harada və oluruqsa hansı halda oluruqsa olaq, Allah-Təala ilə birliyə və barışmağa doğru hərəkət etməliyik. Yəni davranışımızda olan günahları axtarıb-tapıb, onları islah edirik.
O zaman insanlarla barışıqlığı, saflığı, sədaqəti, mehribançılığı və xeyirxahlığı rəftarımızın zirvəsinə yerləşdirək. Qarşınızda olan hər kəslə, xüsusən də zəiflərlə davranışınızı düzəldin. Biz yaxşı insanlar və Allahın bəndələri ilə barışıq içində olmağa çalışmalıyıq. Əgər biz bu istiqamətdə irəliləyiriksə və anbaan özümüzü daha yaxşı insan ediriksə, deməli, indi ən yaxşı vəziyyətə çevrilir. Mən demirəm ki, biz “ən yaxşı” olacağıq. Amma inşallah “ən yaxşıya” doğru irəliləyəcəyik.
Öz rəyinizi yazın.