Kitabın adı: Sonuncu Gülləyə Qədər (Həqiqətə əsaslanan roman)
Müəllifin sözü: Allahın adı ilə! Dünən bu romanın sonuncu kəliməsini yazanda, bəlkə də zamanın öz qələmi ilə yazmadığı, sükutla üzərindən keçmiş olduğu böyük hadisələr, dastanlar, rəvayətlər və yurdun tarixi barəsində düşünürdüm.
Bu xalqın mədəniyyətini, kimliyini bütün adət-ənənələri ilə öyrənəndə, bu millətin kimliyini vərəqləyəndə elə yarpaqlara rast gəlirsən ki, dünyanın ən böyük hadisə və rəvayətlərində də belə nümunə tapa bilməzsən…
Ölkəmin taleyi o qədər şirin, qəribə və ağrılı rəvayətlərlə qarışıb ki, bəzən bizim iranlı xalqlarımızdan hansısa birinin şəxsiyyətində görünən bu iri brilyant parçalarını yenidən oxumaq kifayətdir.Fərq etmir. Kitab oxumağa başlayanda Mirzə Kuçek Xan Cəngəlidən tutmuş Əli Delvari, Səttar xan, Baqir xan, kürd cəngavərləri, bəluc kişilərinin dastanları, türkmənlərin qeyrəti və s. görünür.
Hər yazıçının töhfəsi olan girişdən istifadə etmək istəyirəm. Ölkəmizdə kitab az oxunur. Az oxumaq bizə bir çox şeyi araşdırma fürsəti verdi. Bugün şahidi oluruq ki, Sionist və Amerika mediası, Fars körfəzi boyu naməlum ərəb ölkələrinin yaratdığı saxta tarixlər vasitəsilə ölkəmizin gələcək nəsilləri üçün yeni tarixi lent yaratmağa çalışır. İranlıların yeni nəsli bu gün öz nəsil kimliyini yenidən oxumağa ehtiyac duyur və bu şəxsiyyətin yenidən oxunması milli və dini tarix və dastanların öyrənilməsi ilə başlamalıdır. Qələmimin səhvlərini həqiqi sözlər və faktlar ilə örtmək üçün əlimdən gələni etdiyim roman indi əlinizdədir. Bu roman İran və keçmiş SSRİ ilə sərhəd bölgə olan Culfada, 25 avqust 1941-ci ildə baş verən Sovet İttifaqının İran Azərbaycanının üzərinə qorxaqcasına hücumu zamanı baş vermiş hadisəyə əsaslanır. Bir jandarma çavuşu və iki əsgərin rus təcavüzkarlarına qarşı müqavimət göstərmək qərarı alması nəticəsində İranın şimal-qərb sərhəddində baş verən bu böyük hadisə tarixə yazıldı. Baxmayaraq ki, 1941-ci il dövrünün siyasi tarixinə görə Rza şah İranın bütün şimal və qərb sərhədlərinə teleqram və açıq əmr şəklində sovet ordusu ilə qarşıdurmanın qarşısını praktiki olaraq almışdı, amma tarix İran üç bölgəsində -Azərbaycan, Ərdəbil və Astarada, o cümlədən, Xorasanın şimal bölgəsində, yəni Dərgəz və Bacgiran bölgələrində xalqların məşhur dastanlarına şahidlik etmişdir.
Təəssüflər olsun ki, İranın Qırmızı Ordu tərəfindən işğalı və o dövrdə baş verən siyasi hadisələrdən bəzi hissələri nəql etmək istəyən bəzi iranlı tarixi roman yazarları öz tarixi və tədqiqat işlərini tamamlamaqda tənbəllik göstərərək reallığa uyğun olmayan iddialar və s. yazaraq, rus işğalı zamanı heç bir milli müqavimət göstərilmədiyini iddia etmişdilər. Bəzən hansısa bölgənin yerli tarixinə istinad edilmədən ədalətsiz şəkildə mühakimə edilən bu cansıxıcı əlyazmalarla rastlaşırıq. Lakin bu şərəfli əsgərlərin müqəddəs məzarlarının sərhəd körpüsünün yanında, yəni Qırx Yeddinci Sovet Diviziyasına qarşı qırx səkkiz saatlıq müqavimət göstərdikləri yerdə olması, İranın tarixinin böyük və şərəfli şahididir.
Şikayətimin bütün məntiqi və sənədli səbəbləri igid İran əsgərlərinin müqavimət yeri olan Təbrizə çatmamış, Təlxine çayı boyunca iyirmi bir jandarm əsgərinin şərəfli məzarlarına, eləcə də Sərab şəhərinin girişində şəhid olan otuz ordu əsgərinin şərəfli məzarına baxmayaraq, belə cansıxıcı yazıçıların əsərlərinin mövcudluğudur. Bu isə vətəni, dini və namusu qorumaq üçün qəhrəmanlıq dastanları yazan İran xalqlarının haqqına qarşı açıq-aşkar zülümdür.
Hər halda, tədqiqat zamanı bu hadisənin tarixindən bəhs edən hekayələr, bu girişin çərçivəsindən kənar, başqa bir zaman və məkan tələb edir.
Şəhidlər: Çavuş Müseyib Məhəmmədi, əsgər Abdullah Şəhriyari, əsgər Seyid Məhəmməd Rasi Haşemi. Aparılan araşdırmalar zamanı sadəcə çavuş Müseyib Məhəmmədinin ailəsi ilə əlaqə yarada bildim. İndi bu əziz şəhidin bir oğlu var. Şifahi tarixləri qeyd etmək üçün yaşlı zamanında dəfələrlə əziyyət verdiyimiz və bu tarixi araşdırma prosesinin gedişində bizimlə əməkdaşlıq etdiyi üçün ondan və ailəsindən də halallıq istəyirəm. Bu araşdırma ilə əlaqədar olaraq bir neçə maraqlı mövzuya işarə etmək olar. Onlardan biri də çavuş Müseyib Məhəmmədinin ailəsi ilə tanışlıqdır. Şəhidin oğlu qeyd etdi ki, yetmiş il ərzində onların ailəsinə şəhid ilə əlaqədar olaraq çoxsaylı ziddiyyətli fikir və şayiələr bildirilib. Onlar sırasında onun Sovet qoşunları tərəfindən əsir götürülməsi, orada məcburi əməyə cəlb edilməsi və ya Sibirə sürgün edilməsi barədə iddialar da var idi. Uzun illər sonra, İran İslam Respublikası və Azərbaycan Respublikasının Sərhəd Alayları tərəfindən aparılan geniş tədqiqatlar nəticəsində onun əziz atasının müqəddəs məzarı aşkarlandı.
Körpünün kənarında olan digər iki şəhidin ailəsini isə hər nə qədər çox axtarmış olsam da, onları tapmaq mümkün olmadı.
İstənilən halda, bu əziz şəhidlərin qəriblik və məzlumiyyətlərinin bir hikməti olmalıdır. Tarix bu sirri gələcək nəsillər üçün gizli saxlamışdır. Hekayənin özünün povestlərini sənədləşdirərkən hekayənin forması romanın süjet xəttinə əsaslanırdı. Amma tarixi sənədlər və dəlillər bu qırx səkkiz saatlıq döyüşün hadisələrinin şahidi olmuş şəxsin döyüşün son anlarında sağ qalan Qeytərana işarə edir. Həmçinin, roman qələmə alınarkən baş verən bu tarixi hadisə zamanı sağ olan yerli əhalinin şifahi tarixi məlumatlarına da müraciət edilmişdir.
Sonda, bu mühüm, səmimi və təvazökar tarixi hekayənin tədqiqini başa çatdırmaqda mənə köməklik edən əziz bacım qızı Mina Süleymanifərə və bu romanın yazılmasında öz tarixi vəzifələrini yerini yetirən təşəkkürümü bildirirərək, lütf və zəhmətlərinə görə qarşılarında təzim edirəm.
Vəssalam! Mehdi Şirazi – 2015-ci il
Maraqlananlar kitabın elektron nüsxəsini aşağıdan yükləyə bilərlər
Öz rəyinizi yazın.