• Aug 24 2022 - 09:41
  • 238
  • Mütaliə zamanı : 3 minute(s)

Məqalə çağırışı

Məqalə çağırışı

 

İİR-ın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin “Hikmət” jurnalı, 21-ci buraxılışına Azərbaycan dilində hazırlanmış, aşağıdakı mövzularda elmi-mədəni məqalələr qəbul edir:

- Xurşidbanu Natəvan və Pərvin Etisaminin həyat və yaradıcılığının araşdırılması.

- Səfəvilər dövründə İsfahan sxolastik məktəbinin görkəmli şəxsiyyətləri və inkişaf mərhələləri.

- İranın müasir əxlaq, ürfan, elm simaları və onların əsərləri haqda araşdırmalar: Əllamə Məhəmmədhüseyn Təbatəbai, Məhəmmədtəqi Cəfəri, Qazi Təbatəbai, Məhəmməd Rza Kodkani və sair.

- Müasir İran ədəbiyyatı.

- Müasir İran və İslam sivilizasiyası.

- Azərbaycan və İran millətinin müştərək milli-mənəvi bağları.

- Fərdi inkişaf psixologiyası.

- Azərbaycan və İran ədəbiyyatında ürfani çalarlar.

- Xacə Nəsrəddin Tusinin məntiqi irsi.

- Məşşa, İşraq və Molla Sədra fəlsəfəsi.

- Qarabağ və Şuşanın islam sivilizasiyasındakı yeri.

- Qarabağ məntəqəsinin tarixi və mədəni irsi.

- Dinlər və məzhəblər arası dialoq və harmoniya.

- Şuşanın tanınmış və görkəmli tarixi şəxsiyyətlərinin mənəvi-fəlsəfi görüşləri.

- Qarabağ ədiblərinin mənəvi-fəlsəfi görüşləri.

- Azərbaycanda iranşünaslıq və İran ədəbiyyatının ən yaxşı nəşrləri.

- İranşünaslıq, fars dili və ədəbiyyatı üzrə elmi-tədqiqat sahəsində tanınmış şəxsiyyətlərin təltif edilməsi.

- Son on ildə İran kino sənayesi və sənətinin inkişafı, məhsuldarlığı.

- İran haqqında çap olunmuş biz sıra önəmli kitabların təqdimatı.

- Son otuz ildə farsca əsərlərin Azərbaycan dilinə tərcüməsinin ədəbi patologiyası və ən mühüm tərcümə əsərləri.

- Qardaş ölkələrin şeir çələngi

Qeyd: Məqalələr 30 Sentyabr 2022-ci il tarixinə kimi aşağıdakı elektron poçta göndərilməlidir:

madaniyyat_markazi@yahoo.com

Əlaqə nömrəsi: 0125952012

WhatsApp nömrəsi: 00989128238636 Cənab Q. Purmərcan İran Mədəniyyət Mərkəzinin sədri

 

Nəşr qaydaları

 

1. “Hikmət” jurnalı Azərbaycan dilində hazırlanmış elmi məqalələri qəbul edir. Elmi araşdırmalar toplusuna təqdim edilən məqalələr, jurnalın bu sahədə qarşısına qoyduğu tələblərə cavab verməlidir.

2. Elmi araşdırmalar toplusundakı məqalələr əvvəllər Azərbaycan dilində çap olunmamış olmalıdır.

3. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, fəaliyyət göstərdiyi mərkəz və elektron poçt ünvanı göstərilməlidir.
4. Məqalə aşağıdakı bölümlərə malik olmalıdır:‎

Ünvan, xülasə, açar kəlmələr, müqəddimə, məqalənin əsas ‎mətni, nəticə, istifadə olunmuş mənbələr.‎

5. Xülasə və açar sözlər 7-10 kəlmə olmalıdır. Xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

6. Elmi dəyərləndirmədən sonra məqalənin jurnalda çal olunması üçün son təsdiq, ‎redaksiya heyətinin ixtiyarındadır. ‎

7. Redaksiya heyəti təqdim olunan materialları istədiyi şəkildə redaktə və

ixtisar etmək hüququna malikdir.

8. Jurnalın məqalələrindən istifadə, jurnala istinad verilmək şərti ilə maneəsizdir.
9. Məqalənin mətni “A4” formatında, “Times New Roman” 14 şriftlə olmalıdır.
10. Məqalənin elektron nüsxəsi aşağıdakı poçt ünvanına göndərilməlidir:  madaniyyat_markazi@yahoo.com


11. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdə, mötərizə içərisində müəllifin soyadı, nəşr ili və səhifənin nömrəsi ardıcıl təqdim edilməlidir. Məsələn: (Nizami, 2007, 17-21).

12. Məqalədə ən sonda “İstifadə olunmuş ədəbiyyat” siyahısı verilməlidir. Təqdim olunan istinad haqqında məlumat bu şəkildə verilməlidir: müəllifin soyadı və adı; nəşr ili; kitab; məqalə; (tərcümədirsə, mütərcimin adı və soyadı); nəşr yeri; nəşriyyatın adı.

13. Məqalənin ümumi həcmi 6-10 səhifədən ibarət olmalıdır.
14. Elmi və hüquqi cəhətdən məqalənin keyfiyyətinə, göstərilən faktların həqiqiliyinə və digər məlumatlara görə yalnız müəllif cavabdehlik daşıyır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: