Şeyxi Cam türbəsi

Şeyxi Cam türbəsi

Şeyxi Cam türbəsi

Bura Şeyxi Cam və ya piri Cam adı ilə tanınan məşhur arif Şeyx Əhməd Camın (441-536 h.q).məqbərəsidir. məqbərə Xorasanın Mədabad kəndində yerləşir. O, burada yaşamış və torpağa tapşırılmışdır. Onun bərəkətindən bura türbət Cam adı ilə məşhurlaşmışdır.

 Ərəb tarixçisi Əhməd ibn Yəhya əl-Bələzəri hicri III əsrdə “Fətuh-əl-Buldan” kitabında ilk dəfə olaraq bu bölgəni Zam adlandırmışdır. Sahəsi 64.000 metr olan Şeyx Cam tikinti kompleksi köhnə kəndin qalıqlarında yerləşir. Bu gün bu kompleksi köhnə türbələr, məscidlər və qəbiristanlıqlardan ibarət şəhərətrafı ərazi kimi görmək olar:

Giriş qapısı, həyət, Şeyx Cam məqbərəsi, ucaldılmış qəbir daşları, eyvan, günbəz, Kermani məscidi, ağ günbəz, Saraçeh, yeni məscid, köhnə məscid, Firuzşahi məktəbi və ya Firuzşahi günbəzi, su anbar binası və yeraltı məscid buradadır.

Giriş qapısına Teymurilər dövrünə aid taxta qapılı və hər iki tərəfi ikimərtəbəli tağları olan “giriş zalı” və ya “qapı astanası” daxildir. Həyətin döşəməsi daşdandır və ortasında Şeyx türbəsinin üstündə ucaldılmış iki qəbir daşı var və burada iki qədim püstə ağacı vardır. Günbəzin qarşısında hündürlüyü 27 metr olan dəbdəbəli və gözəl eyvan yerləşir.

“Qonbədxanə məscidi” eyvan boyu və uzununa kompleksin mərkəzi nöqtəsidir və onun xarici fasadı ətrafdakı tikililərlə örtülüdür. Bina dörd üçbucaqdan, iki kiçik otaqdan (zal kimi), dörd altıbucaqlı tağdan, üç şimal-cənub və şərq girişindən ibarətdir və günbəzdən aşağı olan divar səthləri həndəsi naxışlarla ,bəzəklərlə bəzədilmişdir.

 Kermani məscidi kompleksin günbəzdən sonra ən möhtəşəm tikililərindən biridir. Nəfis mehrabı islam memarlığının gözəl əsərlərindəndir. Bina 182 kvadrat metrdə yerləşir.

Ad Şeyxi Cam türbəsi
Ölkə İran

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: