Dotar düzəltmək və ifa etmək məharəti

Dotar düzəltmək və ifa etmək məharəti

Dotar düzəltmək və ifa etmək məharəti

Dotar hazırlamaq və çalmaq sənəti İranda, eyni zamanda bütün Yaxın Şərq və Orta Asiyada simli alətlər hazırlamaq və ifa etmək üçün ən qədim bacarıqlardan biridir. Bu alətin təsviri bəzi min illik heykəllərdə var və pəhləvi dilində yazılmış kitabda bu alətin adı Tənbur və ya Təmbur kimi qeyd olunur. İranın böyük filosofu və alimi Farabi musiqi araşdırmalarını Xorasani dotarı üzərində qurmuş və özünün məşhur və nəhəng kitabında “Böyük musiqi kitabı”nda bu alətin elmi təsvirinə müstəqil bir fəsil ayırmışdır. Bu alət iki simlidir və adətən mismarla, bəzən də zəxmə ilə çalınır. Bu gün Xorasanın şərqində və şimalında, Türkmən bölgələrində, Gülüstan vilayətinin Katul və Mazandaranın şərqində iki simli çalmaq və düzəltmək məşhurdur. Bu musiqi aləti 2019 cu ildə Kolumbiyada YUNESKo iclasında dünya qeyri maddi irs siyahısına salınmışdır

Ad Dotar düzəltmək və ifa etmək məharəti
Ölkə İran

:

:

:

: