G20 Dinlərarası Forumun Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı

  • Başlama tarixi : May 19 2022
  • Bitmə tarixi : May 19 2022
  • Məkan : Bakı
G20 Dinlərarası Forumun Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı

G20 Dinlərarası Forumun Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda İran İslam Respublikasının Mədəniyyət Nazirinin müavini Abuzər İbrahimi Türkmanın çıxışı

Bismillahir rəhmani rəhim

İlk öncə Azərbaycan millətin və dövlətin Qarabağın azadlığı münasibətilə təbrik edirəm. Bizim ürəyimizin parçası Azərbaycanın torpağına qayıtdı. Buna görə də Azərbaycanda bütün qardaşlarıma səmimi təbriklərimi bildirirəm. Hörmətli Prezidenti və bu konfransı təşkil edənlərə təşəkkürümü bildirir və yaxşılıqlar arzu edirəm. bildiyiniz kimi ədəbiyyatda boyu hündür adama bir üç kəlmədən istifadə edirik.  Birincisi uzunduraz ikincisi uzun üçüncü isə deyirik uca boy. Bu kəlmələr haqqında fikirləşəndə görürük ki uzundurazın ikinci mənası mənfidir. Bu sözü deyəndə mənfi formada deyirsən. Uzun deyəndə isə ikinci mənası təsirsizdir . Nə müsbətdir və nə də mənfi. Ancaq uca boy dedikdə ikinci mənası müsbətdir. Diqqətlə baxdıqda bu sözlərdə birinci məna ilə ikinci məna fərqlidir. Dinə baxışda da eyni bir baxış var. Qəzzali hicri qəməri 450 əllinci ildə doğulub və 505 ci ildə vəfat edib və 55 il yaşayıb. O , 18 yaşına qədər elə düşünürdü ki, mən Allaha gərək qorxudan ibadət edim. Qorxu əsasında ibadət edim gərək. Sonra bu fikrə gəldi ki qorxu bəndə sifətidir və bu sifət Allahda yoxdur. Qurani Kərimdə bir sifət var bəndəyə aiddir ibadət. Bəndə ibadət etməlidir bəndə Allaha bunu demək olmaz. Digər sifət Allah aiddir o da Xaliq sifətidir. Allah yaradandır. Bəndəyə yaradan deyə bilmərik. Lakin Quranda 3 sifət var həm Allaha aiddir və həm bəndəyə. Biri Allahəı eşq ilə ibadət edənlər ki birinci sifət eşqdir. İkinci sifət rizayətdir Allah deyir həm bəndə razxı ola bilər məndən və həm mən ondan. Üçüncü sifət Siz məni yada salın məndə sizi yada salaram. Biz əgər sadəcə bəndənin sifətinə baxsaq sülhü irəli apara bilmərik. Özümüzü Allah yerinə qoya bimərik. İŞID kimilər bu üç sifəti demirlər.Allahla bəndə arasında olan sifətləri demirlər. Onlar ikinci mənaya baxırlar. Əli buyurur: nə qədər ki alim var ki cəhalətləri onları məhv edib. əski zamanda bədənləri əsir edirdilər. İndi bədənlə iş yoxdur fikirləri əsir edirlər. Bir müsəlman evində otura otura fikri başqasının əlindədir. Biz gərə əsirliyə razı olmayaq. Gənclərin fikirlərini gərək əsir olmağa qoymayaq. Gərək öz mədəniyyətimizə qayıdaq və onun üstündə möhkəm duraq. Bizim mədəniyyət dünyada güclü mədəniyyətdir. Özümüzü aşağı görməyək. Bizim Nizamimiz Qəzzalimiz, Firdovsimiz Hafizimiz var. Bunlar dünyada ay kimi günəş kimi görünür. Biz bunları görməliyik. Biz bir birimizə Allah baxışı ilə baxmalıyıq. Bir birimizi Allah bəndəsi görüb baxaq. Bir birimizə rəhmət məhəbbət etməliyik. İnsanlar özləri ilə savaşır və gərək özləri ilə barışsınlar. Bir insan özü ilə barışsa sülh də gələr.

Çox təşəkkür edirəm.

 

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: