Vəhdət həftəsi

  • Başlama tarixi : Oct 19 2021
  • Bitmə tarixi : Oct 25 2021
Vəhdət həftəsi

“Vəhdət həftəsi” nin başlanması və əziz İslam peyğəmbərinin (s)

mövludu günününün ildönümü münasibətilə

bütün müsəlmanları təbrik edirik!

Bu gün, 19 oktyabr, 1443 hicri – qəməri ili Rəbiül-əvvəl ayının on ikisi, İslam Peyğəmbəri Həzrəti Məhəmməd Mustafanın (s) mövludunun ildönümü və “Vəhdət Həftəsi” nin başlanğıcıdır.

Əhli sünnə Rəbiül-əvvəl ayının on ikinci, şiələr isə on yeddinci gününü əziz İslam Peyğəmbərinin (s) mövludu ildönümü günü kimi qeyd edirlər.  

Dünyada İslami vəhdət çağırışçısı olan İran İslam Respublikasının banisi həzrət İmam Xomeyni (r.ə) bu məsələdən İslami məzhəblərinin yaxınlaşması və vəhdəti üçün istifadə etdi və bu iki tarixi birləşdirərək, (12-17 Rəbiül-əvvəl) “Vəhdət Həftəsi” adlandırdı.

Bu həftə, xüsusilə də qarışıqlıq və fitnənin daha çox olduğu bir dövrdə, İslam dünyasında həmrəylik və vəhdətə ehtiyacın zəruriliyini araşdırmaq üçün çox yaxşı bir fürsətdir.

Fərqli dinlərdən olan müsəlmanlar bəzi fikir və hökmlərdə ixtilaflı fikirlərdə olsalarda, eyni Allaha, eyni kitaba, eyni peyğəmbərə və eyni qibləyə inam kimi bir çox ümumi cəhətləri vardır.

Müsəlmanlar namaz, oruc, həcc, zəkat kimi vacib ibadətləri yerinə yetirmək məsələlərində də ortaq fikirdədirlər. İslam peyğəmbərinin (s) mövludu günü ilə zinətlənən müqəddəs “Vəhdət Həftəsi”  nin əvvəlində bütün dünya müsəlmanlarını bu gözəl münasibətlə təbrik edirik.

:

:

:

: