• Jan 24 2023 - 09:40
  • 202
  • Mütaliə zamanı : 2 minute(s)
İran İslam Respublikasının Dinlərarası Dialoq və Strategiya Şurasının sədri Höccətül-islam vəl-müslimin cənab Məhəmməd Mehdi İma

İran İslam Respublikasının Dinlərarası Dialoq və Strategiya Şurasının sədri Höccətül-islam vəl-müslimin cənab Məhəmməd Mehdi İmanipurun bəyanatı

Zaman-zaman puç bəhanələrlə, guya söz azadlığı tərəfdarı olan hökumətlərin dəstəyi ilə şeytanın muzdluları İslamın müqəddəslərinə hörmətsizlik edirlər. Bu dəfə, Türkiyənin İsveçdəki səfirliyi qarşısında milyonlarla müsəlmanın qəlbinin, həyatının və ya həmin Qurani-Kərimin yandırılmasının şahidi olduq.

İran İslam Respublikasının Dinlərarası Dialoq və Strategiya Şurasının sədri Höccətül-islam vəl-müslimin cənab Məhəmməd Mehdi İmanipurun bəyanatı

 

Allahın adı ilə

Yenidən başqa bir fitnəkar günəşə torpaq atdı

Zaman-zaman puç bəhanələrlə, guya söz azadlığı tərəfdarı olan hökumətlərin dəstəyi ilə şeytanın muzdluları İslamın müqəddəslərinə hörmətsizlik edirlər. Bu dəfə, Türkiyənin İsveçdəki səfirliyi qarşısında milyonlarla müsəlmanın qəlbinin, həyatının və ya həmin Qurani-Kərimin yandırılmasının şahidi olduq.

İlk dəfə deyildir ki, İsveç İslam və müsəlmanlara qarşı şeytani şouların meydanına çevrilsin.

Qurani-Kərim və onun vəhy olunmuş ayələri müsəlmanlar arasında əziz Peyğəmbərin - ona və pak ailəsinə Allahın salavatı və salamı olsun - ən müqəddəs, ən əziz və ən əzəmətli yadigarıdır.

Müsəlmanlar Quranla doğulur, böyüyür və Allaha sari qayıdırlar. Qurani-Kərim müsəlmanların həyat, vəfat və yenidən diriliş kitabıdır.

Dünyanın hər yerində olan müsəlmanlar gecə-gündüz bu ilahi kitabdan ayələr oxuyur, Qurani-Kərimlə Allaha dua edir, bu kitabı müqəddəs sayır, böyük ehtiramla yanaşır, onu sevir və yer üzündə ömürlərini məhz bu səmavi kitabla üns tutaraq keçirirlər.

Azadlığı qorumaq bəhanəsi ilə bu cür rəzil şouların keçirilməsi, bu iblis şousunun sonsuz qəddarlığı və zülməti səbəbilə başqa dinlərin müqəddəs simvollarına, əsərlərinə, məbədlərinə həmişə hörmətlə yanaşan müsəlmanları qəzəbləndirir.

Sirr deyil ki, bu cür fitnəkar əməllər dinlərin, ayinlərin və mədəniyyətlərin ardıcıllarının dinc yanaşı yaşamalarına ciddi ziyan vurur, dinlərarası dialoq mühitinə kölgə salaraq, mədəniyyətlər mübadiləsini zülmətə məhkum edir.

Mən İran İslam Respublikasının Dinlərarası Dialoq və Strategiya Şurasının sədri kimi Qurani-Kərimin yandırılmasını, dini müqəddəslərin təhqir edilməsini, milyonlarla müsəlmanın qəlbinin qırılmasını və mənəvi hisslərinin incidilməsini qətiyyətlə pisləyirəm.

Qurani-Kərim ardıcıllarının dünyanın dini liderlərindən və ziyalılarından, azad insanlarından, xüsusilə də, illərdir bu biabırçı şouların səhnəsinə çevrilmiş Qərbi Avropa və Şimali Amerika sakinlərindən minimum gözləntisi, onların bu islamafobiya və bir növ müsəlmanları yandırmalarına qarşı çıxdıqlarını və dini müqəddəsləri təhqir etməyin azadlıq kimi qələmə verilməsi saxtakarlığını və ədalətsizliyini rüsvay etməsini açıq-aydın bəyan etmələridir.

Uca Allahdan diləyirik ki, bizi sevgisindən, nurundan, yolundan ayırmasın.

Məhəmməd Mehdi İmanipur

İran İslam Respublikasının Dinlərarası Dialoq və Strategiya Şurasının sədri

Cümədi əl-Sani 1444 - Yanvar 2023

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: