• Sep 22 2022 - 11:05
  • 297
  • Mütaliə zamanı : 10 minute(s)
İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə veteranları ilə görüşdü

İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə veteranları ilə görüşdü

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Müqəddəs Müdafiənin veteranlarına həsr edilmiş hörmət tədbirində məcburi müharibənin imperializmin İslam Respublikası və İran xalqına qarşı düşmənçiliyinin strateji siyasətinin nəticəsi olduğunu dedi

 

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Müqəddəs Müdafiənin veteranlarına həsr edilmiş hörmət tədbirində məcburi müharibənin imperializmin İslam Respublikası və İran xalqına qarşı düşmənçiliyinin strateji siyasətinin nəticəsi olduğunu dedi: “Dünya güclərinin hakimiyyət hərisi və iqtidar dəlisi olan Səddama hərtərəfli dəstəklərinə baxmayaraq, müharibə inqilabın qaynayan gücü, İmamın çox effektiv rəhbərliyi, İran xalqının üstün və ali xüsusiyyətləri sayəsində böyük və qəti bir təhdiddən böyük bir fürsətə çevrildi. İran tarixinin bu həyəcan dolu fəslinin gənc və yeniyetmə nəslə düzgün və dəqiq çatdırılması İnqilabın nailiyyətlərinin davamlılığını təmin edəcək”.

Ali Baş Komandan Müqəddəs Müdafiənin ölkənin bu günü və sabahı üçün faydalı, məzmunlu və həyəcan dolu bir hadisə olduğunu deyərək Müqəddəs Müdafiənin veteranlarına hörmət və ehtiramını bildirdi: “Veteranlar o dövrün həyati ehtiyacını başqalarından daha tez anladılar və bu ehtiyacı təmin etmək üçün müharibə, cihad və fədakarlıq meydanına tələsdilər. Buna görə də onlara hörmət və ehtiram hər kəsin qəti vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, zaman keçdikcə Müqəddəs Müdafiə kimi hadisələrin ayrı-ayrı yönləri və həqiqətləri daha yaxşı və daha çox dərk edilir: “Elə davranmaq lazımdır ki, parlaq və həyati mərhələ olan Müqəddəs Müdafiənin həqiqətləri ilə bağlı məlumat və ayıqlıq davamlı şəkildə artsın. Gənc nəsil bu dövrün həqiqətlərindən xəbərdar olmalıdır. Sözügedən istiqamətdə Müqəddəs Müdafiənin veteranlarından və bu sahənin mütəxəssislərindən ciddi gözləntilər var”.

O, Qərbin məcburi müharibə ilə bağlı yaydığı sənədlərə işarə edərək dedi: “Bu etiraflar bizim bir vaxtlar iddia və təsəvvürdən ibarət olan sözlərimizin doğruluğunu sübut edir”.

Ali Baş Komandan bildirdi ki, İranın müharibəyə məcbur edilməsi dünyanın imperialist güclərinin İslam İnqilabının qələbəsinə qarşı təbii reaksiyası idi: “İran xalqının inqilabı təkcə asılı və batil bir sistemin məğlubiyyəti, ABŞ-a və imperializmə endirilmiş periodik bir zərbə deyildi. İnqilab imperilizm sisteminə qarşı təhdid idi. Qərb və Şərqin imperialistləri bu təhdidi dərindən dərk edərək Səddamı İran xalqına qarşı müharibəyə təhrik etdilər”.

O bildirdi ki, məcburi müharibənin məqsədi İran xalqının yeni mesajlarının, o cümlədən ABŞ-dan qorxmazlıq, zülm və qlobal ayrıseçkiliyə qarşı müqavimət mesajının digər xalqlara ötürülməsinin qarşısının alınması idi: “ABŞ-ın xüsusilə güvəndiyi, ümid etdiyi və tamah saldığı bir ölkədə müstəqil və ilhamverici bir siyasi sistemin meydana gəlməsi ABŞ və imperialistlər üçün dözülməz idi. Buna görə də nəticəsiz qalmış çevriliş, Təbəsə hücum və etnik qarşıdurma tədbirlərindən sonra İran xalqına qarşı hərtərəfli bir müharibə başlatdılar”.

Ali Baş Komandan əlavə etdi: “Bu qlobal hücumu inqilabçılar, təbii ki, gözləmirdilər. Lakin Silahlı Qüvvələrin təcrübəli mənsubları, dünyanın müstəqil və üstün şəxsiyyətləri üçün bu, gözlənilməz deyildi”.

İnqilabın Rəhbəri Qvineyanın mərhum prezidenti Əhməd Sekou Tourenin onunla şəxsi görüşdə qeyd etdiklərinə işarə edərək dedi: “Cənab Sekou Toure məcburi müharibənin qaçılmaz olduğunu düşünmüşdü. Çünki imperializm hər hansı inqilabı zəiflədə və ya idarə edə bilməzsə, onu ağır bir müharibəyə məcbur edir”.

Həzrət Ayətullah Xamenei İranı məcburi müharibədə günahlandıran, Xürrəmşəhrin azad edilməsindən sonra müqəddəs müdafiənin başa çatdırılmalı olduğunu məsuliyyətsizcəsinə iddia edən şəxslərin fikirlərini tənqid edərək dedi: “Müharibənin bitməsi, yəni İran 598-ci qətnaməni qəbul etdikdən sonra Səddamın hücumu və irəliləməsi, ondan sonra “Mirsad” əməliyyatı göstərdi ki, əgər Xürrəmşəhrin azad edilməsi ilə müdafiə başa çatsaydı, xüsusilə əziz İranın bir çox əraziləri hələ təcavüzkarların işğalı altında olduğu bir şəraitdə Səddam mütləq yenidən irəliləyəcəkdi”.

O, qeyd etdi ki, İranın parçalanması, ölkənin mühüm əhəmiyyətə malik bölgəsi olan Xuzistanın ölkədən ayrılması, xalqın diz çökdürülməsi, İslam Respublikasının devrilməsi və İran xalqının taleyinin ələ alınması kinli imperializmin İrana qarşı başlatdıqları məcburi müharibənin məqsədlərindən idi. Bu aşkar həqiqətləri unutmaq olmaz.

Həzrət Ayətullah Xamenei 8 illik müharibənin böyük bir təhdiddən böyük bir fürsətə çevrilməsini Müqəddəs Müdafiənin ikinci həqiqəti olduğunu dedi: “İnqilabın qaynayan gücü, İmam Xomeyninin təyinedici rəhbərliyi və İran xalqının üstün və tarixi xüsusiyyətləri bu həyəcanverici həqiqətin üç mühüm amili olmuşdur. Xüsusilə müharibənin ağır təhdidinin nüvəsində meydana gəlmiş fürsətlərin hələ də insanların əksəriyyəti üçün tanınmaz olduğunu nəzərə alsaq, bilməliyik ki, sözügedən həqiqətin insanlara çatdırılması istiqamətində yaxşı çalışmaq lazımdır”.

Ali Baş Komandan qeyd etdi ki, digər xalqlara ibrət dərsi vermək istəyi dünya hegemonlarının məcburi müharibə çıxarmaqda qarşıya qoyduqları məqsədlərdəndir: “Onlar İran xalqını əzməklə açılmış müqavimət qapısını tamamilə bağlamaq istəyirdilər. Amma xalq imperialist cəbhəsinin qarşıya qoyduğu bütün hədəflərini puça çıxardı və düşmənlərinin düşüncələrinin əksinə olaraq özünü dikəldərək böyük fürsətlər yaratdı”.

İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiənin nailiyyətlərindən birinin xalqın, xüsusilə Xuzistan əhalisinin və ərəbdilli xalqların dirəniş göstərməsi, düşmənin ölkəni parçalama vəsvəsələrinə əhəmiyyət verməmələri olduğunu dedi: “Müqəddəs Müdafiə dini inancların və İran xalqının ən üstün əxlaqi səciyyələrinin aşkara çıxması üçün zəmin yaratdı”.

Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrünün güzəşt, fədakarlıq və dini inancının, xüsusilə döyüşçülər və şəhidlərin ailələrinin mərhəmətinə işarə edərək dedi: “Müqəddəs Müdafiə dövründə bütün ölkə dərin müdafiə cəbhəsinə çevrildi, kəndlər, şəhərlər, məscidlər, heyətlər, mədrəsə və universitetlər inqilab və müdafiənin xidmətinə keçdi”.

O, xalqın birliyi və vəhdətinin Müqəddəs Müdafiə dövrünün digər nailiyyətlərindən olduğunu bildirdi: “İnqilabın ilk illərində ölkənin yuxarı səviyyələrində siyasi ixtilaflar olduğu və ayrı-ayrı qruplar arasında təfriqə salan hərəkətlərə yol verildiyi üçün xalq parça-parça olmuşdu. Amma Müqəddəs Müdafiə bütün xalqı birləşdirdi”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, təhdidin fürsətə çevrilməsinə zəmin yaradan Müqəddəs Müdafiənin nailiyyətlərindən biri ölkənin hərbi gücü məsələsidir: “Məcburi müharibə başladığı vaxt ölkənin hərbi vəziyyəti yaxşı deyildi. Amma Müqəddəs Müdafiə bir tərəfdən ordunun müqəddəs İslam Respublikasına vəfalı olduğunu göstərən bir sınağa çevrildi, digər tərəfdən isə Sepahın bir həqiqət kimi parlamasına zəmin yaratdı”.

Ali Baş Komandan vurğuladı ki, Silahlı Qüvvələrin iqtidarı onun xalq tərəfindən sevilməsinə və ölkədə təhlükəsizlik hissinin meydana gəlməsinə səbəb oldu: “Bu nüans möhtərəm ordu komandirlərinin diqqətində olmalıdır. Sözügedən sevgi və iqtidar Silahlı Qüvvələrin irəliyə doğru hərəkəti əvvəlki sürəti ilə davam edəcəyi, durğunlaşmadığı və geriləmədiyi təqdirdə mövcud olacaqdır. Çünki düşmənin irəliyə doğru hərəkəti qarşısında hər hansı durğunluq geriləmək deməkdir. Buna görə də dövlət və ölkə rəhbərləri Silahlı Qüvvələrə dəstək verilməsini öz vacib işlərindən hesab etməlidirlər”.

O vurğuladı: “Allahın lütfü ilə bu gün ölkə müdafiə baxımından çəkindirmə mərhələsinə nail olmuşdir. Xarici təhdid baxımından narahatlıq yoxdur. Düşmənlər də bu məsələni yaxşı bilirlər”.

İslam İnqilabının Rəhbəri mühüm bir nüansa işarə etdi: “Bəzi vaxtlar Müqəddəs Müdafiə ilə bağlı “insan dalğasından istifadə edildi” kimi ifadələr işlədilir. Halbuki səkkiz illik müharibə dövrünün bütün fəaliyyətləri, tədbirləri və əməliyyatlarının əsas mehvəri tədbir və rasionallıq olmuşdur. Müxtəlif əməliyyatlara xas olan innovativ metod və fəaliyyətlər hərbi universitetlərdə tədris edilə bilər”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Müqəddəs Müdafiənin nailiyyətlərindən biri İran xalqı üçün mühüm bir prinsipin sübuta yetməsidir: “Müqəddəs Müdafiə dövründə sübuta yetdi ki, ölkənin təhdidlərə qarşı müdafiəsi və çəkindirmə qüdrəti təslim yox, müqavimətlə əldə edilir”.

O əlavə etdi: “Müharibənin ilk vaxtlarında bəziləri təslim olmaq tərəfdarı idilər və bu məsələni dolayı şəkildə ifadə edirdilər. Amma İmam möhkəm dayandı. Nəhayət, İran xalqı üçün də sübuta yetdi ki, qələbə, inkişaf və ölkənin toxunulmazlığı müqavimətlə hasil olur”.

İslam İnqilabının Rəhbəri müxtəlif siyasi, iqtisadi və mədəni məsələlərdə müqavimət prinsipindən istifadə edilməsinə işarə edərək dedi: “Bu ağıllı müqavimət, birincisi, siyasi və mədəni fəallarda bir inam və daxili özgüvən yaranmasına səbəb oldu, ikincisi, düşmənə öz hesablamalarında həmişə İranın daxili qüdrətini hesablamağı öyrətdi. Çünki bu ruhiyyə ilə maksimum təzyiq və ya Yeni Orta Şərq Planı, hava və dəniz sərhədlərinə təcavüzün qarşısının alınması, o cümlədən düşmənin təcavüzkar puasının salınması və ya bir çox yerlərdə qanun pozuntusuna yol vermiş gəmilərinin saxlanması kimi məsələlərdə düşmənin arzusunu ürəyində qoya bildik”.

O, düzgün məlumatlandırmanın zəruriliyi ilə bağlı tez-tez xatırlatma etməsinə işarə edərək dedi: “İndiyə qədər bu sahədə həyata keçirilmiş fəaliyyətlər yaxşıdır. Amma onların hamısı infrastrukturdur. İşlərin əməli təzahürləri də müşahidə edilməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Müqəddəs Müdafiə ilə bağlı məlumatlandırma sahəsində gördüyünüz işin nəticəsindən o zaman razı qala bilərsiniz ki, məktəbli yeniyetmələr və universitet tələbələri Müqəddəs Müdafiə və onunla bağlı məsələlərə sizin gözünüzlə baxıb sizinlə eyni qənaətə gəlsinlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bu dediyimiz baş versə, gələcəkdə müxtəlif meydanlarda mütləq müvəffəqiyyət əldə edəcəyik: “Hərəmi müdafiə etmək üçün cəbhəyə yollanmış və bəzisi də şəhid olmuş gənclərin bu addımları düzgün məlumatlandırmanın nəticəsi olmuşdur. Çünki sözügedən gənclər Müqəddəs Müdafiəni görməmişdilər”.

Ali Baş Komandan düşmənin Müqəddəs Müdafiənin zirvələrini inkar etmək və ehtimal edilən bəzi zəif nöqtələri şişirtmək üçün göstərdiyi səylərə işarə edərək bildirdi ki, onlar irimiqyaslı mədəni fəaliyyətlər, təbliğat və media vasitələri ilə imperializmin yalançı bəzək-düzəyini gənclərin gözündə cilvələndirməyə, acı və qaranlıq nöqtələrini gizlətməyə, digər tərəfdən də Müqəddəs Müdafiənin güclü nöqtələrini və nailiyyətlərini ört-basdır etməyə çalışmaqla insanlarda imperializmin zahiri gücü və heybətinə qarşı qorxu yaradırlar. Bu qorxu da öz növbəsində siyasi meydanda düşməndən qorxmaq, mədəni sahələrdə düşmən qarşısında özünü kiçik görməklə nəticələnir”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda Müqəddəs Müdafiə və İslam İnqilabı ilə bağlı yalançı və saxta məlumatlara cavab verilməsinin zəruliyini qeyd etdi: “Amerikalılar və sionistlər bu mövzuda kitablar yazır və filmlər çəkirlər. Fikir, düşüncə və incəsənət adamlarından isitfadə edərək onlara qarşı iş görmək və uyğun addımlar atmaq lazımdır”.

Bu görüşdə çıxış edən Silahlı Qüvvələrin baş qərargah rəisi general-mayor Məhəmməd Baqiri Müqəddəs Müdafiə və Müqavimətin bir milyon veteranının şərəfinə təşkil edilmiş üçüncü ümumrespublika hörmət və ehtiram tədbirinin keçirilməsinə işarə edərək Müqəddəs Müdafiə mədəniyyəti və dəyərlərinin qorunması və təbliği sahəsində həyata keçirilmiş proqram və fəaliyyətlər haqqında məlumat verdi.

Video görüntü vasitəsilə 31 əyalət mərkəzində yayımlanan bu mərasimin əvvəlində cənab Sadiq Ahəngəran bir neçə dəqiqə növhə oxudu.

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: