• Feb 10 2023 - 11:07
  • 241
  • Mütaliə zamanı : 1 minute(s)
Başsağlığı

Başsağlığı

İnna lillah və inna ileyhi raciun

 

Mədəni-tarixi Marağa şəhərində anadan olmuş, ölkəmizin satirik və məzhəbi şairi Mirzə Hüseyn Kərimi Marağalının vəfatı xəbəri ölkəmizin bütün mədəniyyət sevər insanlarında böyük təəssf yaratdı. Bütün səyləri cəmiyyəti həvəsləndirməyə, cəmiyyətin şirin-acı həqiqətlərini yumor, şeir və ədəbiyyat formalarında ifadə etməkdən ibarət olan  bu ictimai şəxsiyyətin gülərüz siması, təqdirəlayiq nəzakəti, təvazökarlığı hər kəsin gözü qarşısında idi.

Ustad Kərimi Marağalı istər əziz İranımızda, istərsə də Azərbaycanda Azərbaycan dilində danışanlar arasında dostluq və məhəbbət mərkəzi idi və mərhumun şeirləri bu şiə ölkəsinin şairləri və dostları arasında məşhurdur. Belə ki,2023-cü ilin ortalarına qədər məsləhətləşmələr əsasında Azərbaycanın poeziya dərnəkləri və İran sevər dostlarla bu qərara gəldik ki, bu ölkə xalqı və yazıçıları tərəfindən yaxından qiymətləndirilmək üçün Ustad Kərimini Həzrəti Peyğəmbərin (s) mövlud günündə bu ölkəyə dəvət edək lakin təəssüflər olsun ki əcəl buna imkan vermədi.

Bu məşhur və əxlaq şairin qiymətli irsi o əzizin xatirəsini yaşada bilən 350 min misralı şeirdədir. Onun Əhli-beytə aid şeirləri, mərsiyələr və nəsihətləri ifadə etməkdə nəzakət və təvazökarlığı tamamilə açıq-aşkar görünür və niyyətinin səmimiyyəti aşkardır və bunu bütün ədəbiyyatşünaslar vurğulamışlar.

  İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi üçün dəyərli şairin Bakıya səfərə dəvətə müsbət cavab verməsi və onu qonaq kimi qarşılamaq bizim üçün böyük sevinc idi. Onun Bakıda şair və yazıçılarla görüşünün tezliklə reallaşacağına ümid etdik və bu səfər öncəsi Bakıda “Hikmət” jurnalının 21-ci və 22-ci nömrələrini  üz qabığında şəkli olmaqla  bu mömin və Allah axtaran şair olan Ustad Kərimiyə  həsr etdik. Amma heyf ki, əbədi sağollaşması bizi bu fiziki görüşdən məhrum etdi.

Mərhuma Uca Allahdan rəhmət, yaxınlarına, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad xatirəsi əziz olsun .

 

Q.Əli. Purmərcan

İİR-in Azərbaycandakı Səfirliyinin

Mədəniyyət Mərkəzinin sədri

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: