• Oct 31 2022 - 11:36
  • 378
  • Mütaliə zamanı : 5 minute(s)
Kitab və kitab oxuma müsabiqəsi

Kitab və kitab oxuma müsabiqəsi

Noyabrın 15-i İran təqvimində din, fəlsəfə sahəsində elmi əfsanələrdən biri və Qurani-Kərimin böyük təfsirçisi Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbainin anım günüdür. O, çoxlu sayda dini-fəlsəfi kitablar yazmaqla islam dünyasının elmi və dini tarixində adını əbədiləşdirdirmişdir. Bu müdrik alimin anım günü “Kitab və kitab oxuma Günü” kimi tanınıb

Kitab və kitab oxuma müsabiqəsi

 

Noyabrın 15-i İran təqvimində din, fəlsəfə sahəsində elmi əfsanələrdən biri və Qurani-Kərimin böyük təfsirçisi Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbainin anım günüdür. O, çoxlu sayda dini-fəlsəfi kitablar yazmaqla islam dünyasının elmi və dini tarixində adını əbədiləşdirdirmişdir. Bu müdrik alimin anım günü “Kitab və kitab oxuma Günü” kimi tanınıb. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi gənclər və ziyalılar arasında kitaba və mütaliəyə qiymət vermək, insanları kitab oxumağa və onlarla tanış olmağa sövq etmək məqsədilə hər il böyük kitab müsabiqəsi keçirir. Müsabiqənin 3 qalibinə qiymətli hədiyyələr veriləcək.

Müsabiqənin birinci qalibi üçün mükafat 400 manat, ikinci yer üçün mükafat 300 manat, üçüncü yer üçün mükafat isə 200 manat təşkil edəcək. Müsabiqənin qalibləri çərşənbə axşamı, noyabrın 15-də saat 16:00 da İran Mədəniyyət Mərkəzinin  social şəbəkələrində (Facebook və Instagram) canlı proqramda elan olunacaq. Qeyd edək ki, müsbət cavabların sayı üç nəfərdən çox olarsa, eyni proqramda püşk yolu ilə seçiləcəkdir . Cavablar 13 noyabr saat 24:00 a qədər göndərilməlidir. Mədəniyyət Mərkəzinin facebook səhifəsi (İran Medeniyyet Merkezi) və İnstagram səhifəsi (iran.medeniyyetmerkezi)

Cavablar  bu formada göndərilməlidir. Misal: sual 6 A   sual 11 C

WhatsApp nömrəsi: 0702185262

E mail: madaniyyat_markazi@yahoo.com

Iran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi - Bakı

Kitab və kitab oxuma müsabiqəsi

 

1 . 2022 ci ildə Azərbaycanda tərcümə və çap edilən “Müqəddəs cəhalətin məhkəməsi” kitabının müəllifi kimdir?

A) Mühəqqiq Damad   B) Pr.Şahin Fazil    C) Şəhid Mütəhhəri   D) Pr.Əlizadə

 

2. 2018 ci ildə çap edilən “Azərbaycan tarixi” kitabının müəllifi kimdir?

A) Məhərrəm Zülfüqarlı və İlham Mədətov    B) Məhərrəm Quliyev                            C) Yaqub Mahmudov    D)  Həcər Əlişova

 

3. “Nizami Gəncəvi dilinin lüğəti ” kitabının müəllifi kimdir?

A) Mir Cəlal Zəki       B) Şəfəq Əlibəyli   

C) Mənzərə Məmmədova    D) Tofiq Cahangirov

 

4. Bu əsərlərdən hansı Misbah Yəzdiyə aiddir?

A) İslamda əqidə əsasları           B) Fəlsəfə və realizm üsulu

C) İslamda insan hüquqlarına qısa baxış      D)    A və C doğrudur

 

5.Məhəmməd Füzuli bu əsərlərdən hansının müəllifidir?

A) Mətləül etiqad    B) Bəngü badə   C) Rind və zahid    D) hər üçü doğrudur

 

6. Gənc yazar Təbriz Qasımovun hansı əsəri Azərbaycanda çap olunub?

A) İbn Rüşd fəlsəfəsi    B) Din və insan     C) İnsan və təbiət      D) heç biri

 

7. Nizami Gəncəvi özünün İsgəndərnamə əsərində hansı qadın hökmdarın adını çəkmişdir?

A)  Nuşabə      B) Pərvin       C) Reyhanə      D) heç biri

 

8. Aşağıdakı şairlərdən hansı Səfəvilər dövründə yaşamışdır?

A) Xurşudbanu Natavan      B) Məhəmməd Füzuli 

  C) Hafiz Şirazi        D) Hüseyn Cavid

 

9. Qeyd edilənlərdən hansı doğrudur?

A) Əl-mizan təfsiri ərəb dilində ən kamil şiə təfsirləridir və hicri 14 cü əsrdə Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbayi tərəfindən (1281-1360 hicri şəmsi) yazılmışdır və onun 11 cildi Azərbaycan dilinə tərcümə edilmişdir

B) İranda Kitab və kitab oxuma Günü  Əllamə Məhəmməd Hüseyn Təbatəbayinin anım günü qeyd olunur

C) “Fəlsəfə üsulu və realizm üsulu”, “Bidayətul hikmə” və “islamda şiə” kitablarının müəllifi Əllamə Məhəmməd Hüseyn Təbatəbayidir

D) hər üçü doğrudur

 

10. Qeyd edilənlərdən hansı doğrudur?

A) Zakir Kərimi, Heydər Abbas, Seyid Məhəmməd Hüseyn Şəhriyar və Əsğər Şahi İranın müasir şairlərindəndirlər

B) Elşən Xəzər, Arif Buzovnalı, Hacı Soltan Əlizadə, pr.Şahin Fazil Azərbaycanın müasir şairlərindəndirlər

 C)   A , B və D doğrudur

D) Şeyx Əbdürrəhim Badkubeyi, Mirzə Kamiyab Axundzadə, Şeyx Abbasqulu Lənkərani, Əllamə Əli Mühəqqiq İrəvani Azərbaycanın din alimlərindəndirlər

 

11. Quran təfsirlərindən hansı Azərbaycan dilində tərcümə olunmuşdur? (tam formada yaxud bir hissəsi)

A) Ayətullah Məkarim Şirazinin “Nümunə” təfsiri

B) Ayətullah Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbayinin “Əl-mizan” təfsiri

C )“Məcməul bəyan təfsiri”

D)    A və B doğrudur

 

12.  2011 ci ildə Ozan nəşriyyatında çap edilən “Qədir Xum həqiqətləri” kitabının müəllifi kimdir?

A) Şeyxülislam Paşazadə

B) Axund Hacı Soltan Əlizadə

C) Hacı Şahin Həsənli

D) Mir Cəfər Əyyubzadə

 

13. İran və Azərbaycan müsiqiçilərinin qarşılıqlı əlaqələri kitabının müəllifi kimdir?

A) Tofiq Bakıxanov və Həsən Cəbrayıl

B) Tofiq Bakıxanov və Allahverdiyev

C) Ramiz Quliyev

D) heç biri

 

14. Rüstəm Tofiq tərəfindən Azərbaycan dilinə  tərcümə edilən və 2013 cü ildə Elm və Təhsil nəşriyyatında çap edilən “Gülşəni raz” kitabının mövzusu nədir?

A) Mahmud Şəbüstərinin şeirləri

B) Türk və Azərbaycan ədəbiyyatının müqayisəsi

C) Fövqəltəbii mövzular

D) heç biri

 

15. Cəmiyyətin problemlərini satirik şeirləri ilə bildirən İran Azərbaycanlısı müasir şair kimdir?

A) Barışmaz    B) Kərimi Marağalı     C) Qəzvə         D) İrəc Mirzə

 

16. Bu kitab 2021 ci ildə Bakıda çap edilmişdir və və müharibəyə aid bir romandır

A)   Ay batanda  müəllif :Həmid Hisam

B)    Dostun evi haradadır?

C)    Şəhriyarın divanı

D)    Asimani hədiyyə

 

17. Hansı kitab Fərid Abdullahın tərcüməsidir?

A) İbn Babəveyh Qumi, əl-İmamətu vət-təbsirətu minəl-heyrət

B) Şeyx Səduq, Kəmalud-din və təmamun-nemət

C) Şeyx Tusi, əl-Ğeybə

D) Hər üç bənd doğrudur.

 

 

18. Şeyx Müfidin Əl-İrşad kitabının mövzusu nədir?

A) Şiə etiqadları

B) Ulul-əzm Peyğəmbərlərin (ə) tarixi

C) On iki imamın həyatı (ə)

D) İslam Peyğəmbərinin (s) tarixi

 

 

19. Əl-Ğədir kitabının müəllifi kimdir?

A0 Şeyx Tusi    B) Əhməd Əmini     C) Şeyx Səduq   D) Şərəfəddin Musəvi

 

20. Məşhur fransız filosof Henri Korbin  hansl məşhur din alimdən bəhrələnmişdir?

A) Lütfizadə

B) Məhəmmədtəqi Cəfəri

C) Fazil Lənkərani

D) Əllamə Təbatəbai

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: