Xorasan Rəzəvi vilayəti (Məşhəd)

Xorasan Rəzəvi vilayəti (Məşhəd)

Xorasan Rəzəvi vilayəti (Məşhəd)

 Xorasan vilayəti İranın şimal şərqində yerləşir və ən iri əyalətlərdən biridir.  Xorasan vilayəti mülayim şimal zonasında yerləşir və ümumiyyətlə mülayim orta ab havaya malikdir. Vilayətdə hava şimaldan cənuba doğru istilənir və illik yağıntı az olur.

 Böyük Xorasan keçmişdə geniş bir mədəniyyəti əhatə edən yerə deyilirdi. Böyük Xorasanın bir hissəsi bu gün Əfqanıstanda, Tacikistanda, Türkmənistanda və Özbəkistandadır. Xorasan vilayəti İranın tarixi və mədəniyyət mərkəzlərindən biridir. Onun şəhərlərindən Məşhəd, Nişapur, Bircənd, Səbzvar və Dəşti kəvirin yaxınlığında yerləşən məşhur Təbəs şəhərinə işarə etmək olar. Doqquzuncu əsrə qədər indiki Məşhəd şəhərinin yerində kiçik Sonabad kəndi yerləşirdi. İmam Rzanın (ə) şəhid olmasından sonra bura müqəddəs Məşhəd adlandı və İmamın qəbri ziyarətgaha çevrildi. O zamandan Məşhəd inkişaf edərək böyüdü. İmam Rzanın (ə) ziyarətgahı bu gün İran islam incəsənətinin qiymətli və mühüm nümunələrindəndir. Məşhəddə İmam Rza (ə) muzeyi böyük incəsənət və mədəniyyət xəzinəsidir, xüsusilə də əlyazmalar və rəsmlər üzrə. Gövhərşad məscidi, Yaşıl günbəz, Xacə Rəbi məqbərəsi və Kəlate Nadiri Məşhədin tarixi məkanlarındandırlar. Firdovsinin məqbərəsi Tusda, Xəyyamın, Əttarın və Kəmalülmülkün məqbərələri isə Nişapurdadır və bunlar Xorasan vilayətinin görməli yerlərindəndirlər.

 

Gövhərşad məscidi

 Bu məscid müqəddəs hərəmin cənub tərəfində yerləşir. Hicri 821 ci ildə (1418) bu məscid Gövhərşad tərəfindən (Teymurləngin oğlu Şahruxun xanımı) Qəvaməddin Şirazinin ustalığı ilə tikilmişdir. Gövhərşad məscidinin böyük salonu vardır və o dörd eyvanlı məscidlər formasında inşa olunmuşdur. Bəzəklərin, kaşıların və kitabələrin zənginliyi onu ətrafdakı binalardan onu fərqləndirir. Məsciddə yazılan süls xətti Şahruxun oğlu Baysanqura aiddir. Məscidin mühüm hissəsi onun cənub tərəfində olan nəfis kitabələrdir. Bu eyvanın kitabəsində Gövhərşadın və Baysanqurun adı yazılmışdır.  Məscidin əsas günbəzi iki üzlü və 15 metr diametrdədir və o hicri 1230 ci ildə (1805) rus ordusu tərəfindən gülləyə tutulub və ziyan görmüşdür. 1329 şəmsi (1950 ci ildə) o götürüldü və onun yerinə beton günbəz qoyuldu.

 

 Astane Qüdse Rəzəvidə olan məqbərələr məcmuəsi

 Bu məcmuə Məşhəd şəhərinin mərkəzində yerləşir və islam dünyasının ən geniş və əzəmətli məqbərələrindən biridir və bura həzrət Əli ibn Musa Rza (ə) məzarı ətrafında formalaşmışdır və burada çoxlu qiymətli tarix və incəsənət nümunələri vardır.

 

 Günbəde səbz (yaşıl günbəz)

 Bu məzar haqqında deyilir ki, bura ikinci şah Təhmasib Səfəvinin qəbridir və düşmənlərin gözündən gizli qalmaq üçün buraya yaşıl günbəz demişlər. Bu şah və oğlu Abbas Mirzə Nadir şah Əfşarın oğlu Əliqulu Mirzənin əmri ilə  Səbzvar şəhərində öldürülmüşlər.

 

 Xacə Rəbi məqbərəsi

 Xacə Rəbi məqbərəsi şəhərin 4 kilometrliyində yerləşir. Bura səkkiz künclü və dörd eyvanlıdır. Binanın daxili və xarici maraqlı bəzəyə malikdir. Daxildə Əlirza Abbasinin xətti ilə kitabə vardır. Bu bina Şeyx Bəhainin istəyi ilə Şah Abbas tərəfindən tikilmişdir. Xacə Rəbi səkkiz zahiddən biri olaraq Həzrət Əlinin (ə) tərəfdarlarından olmuşdur və o əvvəlcə Kərəcdə sonra isə Qəzvində hakimiyyətdə olmuşdur.

 

 Nadirin məqbərəsi

 Nadir şah öz qəbri üstündə Tac Mahal kimi bir bina tikdirmək fikrində idi və əmr etdi ki, onun daşını Marağadan gətirsinlər, ancaq buranın tikintisi onun həyatı zamanı tamam olmadı. Onun ölümündən sonra varisləri o qədər səviyyəsiz idilər ki, məqbərənin ətrafındakı bağı belə bölərək satdılar.

 

 Əttarın məqbərəsi

 Əttarın məqbərəsi hər il İran mədəniyyəti aşiqlərinin və ariflərin ziyarətgahıdır. Şeyx Əttarın qəbri üzərindəki indiki məqbərə səkkiz bucaqlı və kaşılarla bəzənmiş günbəz soğan şəkillidir və binanın dörd giriş qapısı vardır. Əsas giriş qapısı şimal tərəfdəndir. Xaric tərəfdə yaşıl və sarı kaşılarla bəzədilmiş dörd otaq vardır. Bütün daxili divarlar gipslə örtülüdür. Əttarın qəbri orta salonda yerləşir. Binanın ətrafı yamyaşıl ba və bağçadır və Kəmal-əlmülkün qəbri də buradadır.

 

 Xəyyamın məqbərəsi

 İranın görməli bağlarından biri də Xəyyamın məqbərəsi yerləşən bağdır. Bu bağ onun özünə aid olmuşdur. Xəyyamın məqbərəsi imamzadə Məhruq və İbrahimin şərq tərəfində yerləşir. Bura uzun illər unudulmuşdu və imamzadə Məhruq ziyarətgahı nişanı olmasaydı Xəyyamın məqbərəsi tanınmaz olaraq qalacaqdı. 1963 cü ildə Milli abidələr ittifaqı bu məzarın 100 metr şimalında xatirə binası tikdi, bu əzəmətli bina uca on dayaq üstə durur. Xəyyamın gözəl formada hazırlanmış heykəli də bağda qoyulmuşdur.

 

 Qəsre xurşid – Kəlate Nadiri

 Bu saray Nadir şah Əfşar dövrünün binalarındandır. Çox ehtimala görə bura səltənət ailəsinin dincəlməsi üçün tikilmişdir. Hind memarlıq üslubunda olan bu bina qara mərmər daşları ilə bəzədilmişdir. Bu sarayın ümumilikdə 12 otağı var və onların içərisində müxtəlif gips və rəssamlıqla olan bəzəklərin şahidi oluruq. Nadirin şahzadələrindən olan şəkillərdə divarlarda gözə dəyir. Binanın ortasında birinci mərtəbənin damından başlayan dairəvi bürc vardır ki ona "xəyarı" adı verilmişdir. Bu qəsr hicri on ikinci əsrin ikinci yarısında tikilmişdir.

 

 Tus – Haruniyyə

 Məhəmməd Qəzzalinin məqbərəsi (Haruniyyə)

 Bu bina Haru Ərrəşid məqbərəsi, Harun zindanı və məscid kimi də məşhurdur. Məşhəd – Tus yolunun kənarında Firdovsinin məqbərəsi inşa edilmişdir. Bu bina məşhur alim hicri 720 ci ildə İmam Məhəmməd Qəzzalinin xatirəsinə tikilmişdir. Aparılan arxeoloji qazıntılar Qəzzalinin qəbrinin tapılmasına səbəb olmuşdur.

 Mərvdəki Səncər məqbərəsinə oxşayan Harunniyyə binası kərpicdən tikilmişdir və iki qat günbəzə malikdir. Ancaq onun üst günbəzi dağıdılmış və son illərdə yenidən tikilmişdir. Məqbərə dörd künc formasındadır. Bu uca bina hicri altıncı əsrin memarlıq üslubundadır. Bu binanın keçmişdə üç girəcəyi olmuşdur lakin bu gün şərq-qərb girəcəyi bağlanmış və pəncərə formasını almışdır. Bina dörd künc və künc 11 metrdir. Bu bina əslində üç mərtəbəli olmuşdur.

 

Ad Xorasan Rəzəvi vilayəti (Məşhəd)
Ölkə İran
Növ1

:

:

:

: