İran İslam Respublikasının Xəbər Agentliyi

İran İslam Respublikasının Xəbər Agentliyi

İran İslam Respublikasının Xəbər Agentliyi

İslam Respublikası Xəbər Agentliyi (İRNA) İranda 1313-cü ildə Pars Agentliyi adı ilə, Xarici İşlər Nazirliyinin nəzarəti altında, İran və dünya xəbərlərinin toplanması, tərcüməsi və nəşri məqsədi ilə yaradılan ilk xəbər agentliyidir. 1342-ci ildə "Pars Xəbər Agentliyi" adlandırıldı. Bu xəbər agentliyinin adı İslam İnqilabından üç il sonra, 1981-ci ildə İslam Şurası Məclisinin təsdiqi ilə İran İslam Respublikasının xəbər agentliyi olaraq dəyişdirilib.

Hazırda bu qurum Mədəniyyət və İslami İrşad Nazirliyinin tabeliyində olan qurumlardan biridir. Onun ölkə daxilində 60, xaricdə isə 30 nümayəndəliyi var. Bu ofislər daxili, xarici siyasi, sosial, iqtisadi, idman, mədəni, elmi və tədqiqat xəbərlərinin və hesabatlarının toplanması, tərtibi və nəşrinə cavabdehdir. Xəbər agentliyinin foto və mikrofilm arxivi, həmçinin məlumat bazası var.

İRNA Beynəlxalq İslam Xəbər Agentliyi (IINA), Asiya-Sakit Okean Xəbər Agentliyi (OANA), Qoşulmama Hərəkatı (NANAP), OPECNA (Xəzər Dənizi Xəbər Agentlikləri Assosiasiyası (ACSNA) ECONA xəbər agentliyib və digər beynəlxalq təşkilatların üzvüdür.

1997-ci ildə İran İslam Respublikası Xəbər Agentliyi xəbər və media sahəsində Xəbərlər Fakültəsi adlı ixtisaslaşdırılmış bir mərkəz yaratdı 2021 ci ildə onun təhsil fəaliyyəti dayandırıldı.

İnternet ünvanı:

https://en.irna.ir/

 

Ad İran İslam Respublikasının Xəbər Agentliyi
Ölkə İran

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: