.Həkim Əbülqasim Firdovsinin İldönümü və Fars Dilinin Mühafizəsi günü münasibəti ilə xüsusi elektron jurnal
Firdovsi kimdir?
Fars dili və ədəbiyyatının məşhur, böyük ustadlarından olan, Tehran Universitetinin professoru Məhəmməd Əmin Riyahi «Firdovsi» adlı kitabında Əbülqasim Həsən ibn Əli Firdovsi Tusi haqqında geniş və dəqiq tədqiqat apararaq belə yazır: «O, 329-cu hicri-qəməri ilində Tus məntəqəsinin şimalında Paj kəndində anadan olmuşdur. Tus şəhəri müqəddəs Məşhəd şəhərinin 15 km. şimalında yerləşmişdir və Sasanilər dövrünün qədim şəhərlərindəndir. Firdovsi dehqan ailəsində böyümüşdür. Başqa sözle desək, dehqanzadədir. Amma Firdovsi dövrünün dehqanları əkinçi mənasını verən indiki dehqan sözündən fərqlənir. Belə ki, Firdovsi zamanında dehqan bir qrup mülkadara deyilirdi ki, ictimai baximdan hörmatləri vardı. Onlar elm, ədəb və nəcabətdə başqalarından fərqlənirdilər. Buna görə dehqanzadələr zadaganlar titulunu daşıyırdılar. Firdovsi belə bir ailədə uşaqlıq çağlarından elm, ədəb, sənət öyrənməyə başlamışdı. Yunan fəlsəfəsindən, hikmətindən və islami elmlərdən də bəhrələnmişdi. Bu səbəbdən ona həkim ləqəbi verilmişdi və o da öz şerlərində o dövrdə geniş yayılmış fəlsəfi terminlərdən imtina edərək, onların farsca sinonimlərindən ürəyə yatan şəkilda istifadə etmişdir.
Maraqlananlar bu jurnalı aşağıdan əldə edə bilərlər
Öz rəyinizi yazın.