İmam Xomeyni (r.ə) Fələstin İslam aləminin bir üzvüdür
İran İslam Respublikasının banisi İmam Xomeyni (r.ə) İslam İnqilabının qələbəsindən sonra, Ramazan ayının sonuncu cümə gününü "Qüds günü" olaraq elan etdi ki, dünya müsəlmanları, azadlıqsevərlər və məzlumlar bu gündə Qüdsün imperialist qüvvələrə qarşı azadlıq səsini dünyaya çatdırsınlar. Dünyanın azadlıqsevərləri hər ilin bu günü məzlum Fələstin xalqını müdafiə etmək və qəsbkar siyonist rejiminin cinayətlərini tənqid etmək üçün etiraz yürüşləri həyata keçirirlər. Bu yürüşlər təkcə İslam ölkələri ilə məhdudlaşmır. Hətta siyonizmin hamilik etdiyi bəzi qeyri-İslam ölkələrində, ABŞ və İngiltərədə də, “Qüds günü" münasibəti ilə mitinqlər təşkil olunur. Qüds günü bütün din, məzhəb və irqlərdən olan azadlıqsevər və məzlumların dünya zalımlarına və sionist rejimin cinayətlərinə qarşı birliyinin simvoludur. "Qüds günü" dünya məzlumlarının fəryadı və məzlum millətlərin öz övladlarının qanı bahasına, cinayətkar sionist rejimin pərdəsini yırtaraq, imperializm və zalımlara qarşı mübarizəsi günüdür.
Öz rəyinizi yazın.