İmam Xomeyninin r Nəzərindən İbrahimi Həcc və Onun Prinsipləri
İbrahimi və Qeyri-İbrahimi Həcc
İbrahimin həccinin mənası həmin həccdir ki, Allah-taala öz bəndələrinə vacib buyurmuş və İbrahim Xəlil ər-Rəhmandan xəbər verməsini istəmişdir. Əl-Həcc surəsinin 27-ci ayəsində yazılıb:
وأذّنْ فی النّاس بالْحجّ
Tərcüməsi: “İnsanlar arasında həcci elan et”
İslamın əziz peyğəmbəri (s) öz zamanında Həcc əməlini yenidən canlandırdı. Beləliklə, İbrahimi həcc həqiqi və doğru olan həccdir. Hansı ki, xüsusi bir ruhiyyə ilə və onun mühüm fəlsəfəsini həyata keçirmək üçün edilir. Bu isə ilahi ibadət, şirk və ateizmin inkarının ifadəsi, kamillik və səadətin zirvəsinə çatmaq deməkdir. İbrahimi həcc təkcə bu ibadətin ayinləri və zahiri əməlləri haqqında düşünmür, həm də əməllərin dərinliyinə və batininə nəzər salır. Bütün hallarda onları nəzərə alır.
maraqlananlar aşağıdakı linkdən elktron jurnalı yükləyə bilərlər!
Öz rəyinizi yazın.