• Jul 31 2024 - 13:50
  • 49
  • Mütaliə zamanı : 2 minute(s)
İran İslam Respublikasının Dinlərarası Dialoq Siyasət Quruculuğu Şurasının rəisinin bəyanatı

İran İslam Respublikasının Dinlərarası Dialoq Siyasət Quruculuğu Şurasının rəisinin bəyanatı

İran İslam Respublikasının Dinlərarası Dialoq Siyasət Quruculuğu Şurasının sədrinin 2024-cü il Paris Olimpiadasında xristian müqəddəslərinin təhqir edilməsini pisləyən bəyanatı 
 
Allahın rəhmət və bəşəri nicat rəmzləri olan ilahi dinlərin və peyğəmbərlərin əzəməti və müqəddəsliyi danılmazdır və istənilən formada və dünyanın istənilən yerində bu müqəddəsliyin pozulması qınanılır və pislənir.
Bu günlərdə Fransanın ev sahibliyi etdiyi 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimində bəzi şəxslərin həzrət İsa Məsihi (ə) təhqir etmələrinin şahidi olduq. Sanki müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqə arenasına çevrilməli olan Olimpiya Oyunları, belə demək mümkünsə, Qərbdəki bəzi din əleyhdarları mömin və inanclı insanların müqəddəslərinə hücum etmək və  öz eqoist komplekslərini həll etmək üçün bir fürsət bildilər. 
Paris Olimpiya Oyunlarında həzrət İsa Məsihi (ə.s) təhqir etmək, xristianların hisslərini incitmək o İlahi Peyğəmbərin ardıcıllarını narahat etməklə yanaşı, dünyanın bütün tövhidçi və saleh insanlarında da nifrətə səbəb oldu. Təbii ki, bu hadisənin Fransada baş verməsi düşündürücüdür. Bu hərəkət bir daha “Charlie Hebdo” nun İslamın sevimli Peyğəmbəri həzrət Məhəmmədi (s) təhqir etdiyi üçün müsəlmanların çəkdiyi iztirabları yenidən canlandırdı.
Fransada bəzi yalançı ifadə azadlığı iddiaçıları - insan haqları adı altında dəfələrlə baş verən və bu prinsipin təhrif olunmuş şərhini təqdim edən bir şey - həmişə dünyada bir çox insanın ürəyini ağrıtmışdır.
Bu gün biz xristian bacı-qardaşlarımıza qoşulur və dini müqəddəsliklərin təhqir olunmasının bariz nümunəsi olan həzrət İsa Məsihi (ə.s) təhqir etmək kimi iyrənc hərəkəti qətiyyətlə pisləyirik. BU dini liderlər və şəxsiyyətlər tərəfindən dəfələrlə pislənilən bir hadisədir. 
Bu bağışlanmaz təhqirlə yanaşı, Olimpiya Oyunlarının kənarında ailə institutunu zəiflətmək, hətta məhv etmək üçün insanın fitri təbiətinə zidd olan homoseksuallıq kimi dəyər əleyhinə davranışların açıq və sistemli şəkildə təbliğ edilməsinin şahidi oluruq. Hər bir səmavi və ilahi din insanın daxili fitrətinə uyğun bir həyat sürməyi və möhkəm ailə münasibətlərinin olmasını vurğulayır. Beləliklə, sözsüz ki, qeyri-etik və fitri təbiətə zidd olan həyat tərzinin təbliği insanlıq və din düşmənlərinin hiyləsindən başqa bir şey deyildir.
Dünyanın xristian liderlərinə və mütəfəkkirlərinə, xüsusən də Fransanın Katolik Xristian icmasına rəğbətimizi ifadə edərək, biz bütün təkallahlılardan və dünyanın həqiqi azad insanlarından həzrət İsa Məsihə qarşı edilən təhqirləri, əxlaqsızlığı və anti-əxlaqi təbliğatın açıq şəkildə təbliğini pisləmələrini xahiş edirik. Göründüyü kimi, 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi edən Fransa hökuməti dinlərə, sağlam və ilahi həyat tərzinə qarşı bu əsassız yanaşmaya son qoymalıdır. Paris Olimpiya Oyunlarının gedişində baş verənlərə qarşı mövqe tutmaq lazımdır. Göründüyü kimi, 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi edən Fransa hökuməti dinlərə, sağlam və ilahi həyat tərzinə qarşı bu əsassız yanaşmaya son qoymalıdır.
 
 
Məhəmməd Mehdi İmanipur
İran İslam Respublikasının Dinlərarası Dialoq Siyasət Quruculuğu Şurasının sədri
30 iyul 2024-cü il
Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: