• May 19 2022 - 11:15
  • 713
  • Mütaliə zamanı : 1 minute(s)

15 may - 25 Ordibeheşt Beynəlxalq Ailə günü

Ailə bütün cəmiyyətlərdə, o cümlədən də, İranda ən mühüm məhəbbət mənbəyi, mədəni dəyərlərin, inancların, adət-ənənələrin, bilik və bacarıqların yeni nəslə ötürülməsi institutu kimi tanınır. Digər bir tərəfdən isə, ailə istedadların çiçəklənməsi,  uşaqların əxlaqi, sosial, mənəvi və intellektual inkişafı üçün əsasdır. Həmçinin, bəşər mədəniyyətinin və sivilizasiyasının yaradılması dəyərlərin formalaşmasında təsirli amildir.  Ailə institutu qeyri-formal təhsil üçün ən effektiv və müvafiq təhsil vərdişlərinin yaradılması üçün ilk əlverişli mühitdir. Cəmiyyətlərdə övladın qorunub saxlanması, uşaqların ictimailəşməsi, tanış və səmimi mühitin yaradılması bu sosial-mədəni qurumun üzərinə düşür. İslam dini insani bir məktəb kimi ailəni uca tutmağa çox diqqət yetirir və bu qurumu tərbiyənin mərkəzi, dostluq və mərhəmət beşiyi hesab edir. İran İslam Respublikasının ümumi siyasətlərində ailə cəmiyyəti və ailə məsələsi çox önəmlidir. İslamdakı xüsusiyyətlərinə uyğun nümunəvi və ideal ailə modelinin yaradılması, İslam dövlətinin və iranlıların diqqət mərkəzindədir.  Bütün İran xalqları ailə və onun ləyaqətinə fövqəl dəyərə malikdir. Ailə İran mədəniyyətinin əsas təməllərindən biri kimi İran xalqı üçün müqəddəs və dəyərlidir.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: