• May 25 2022 - 16:33
  • 209
  • Mütaliə zamanı : Less than one minute

4 Xordad 25 may İran xalqının müqavimət paytaxtı Dezful günüdür

Xuzistan əyalətinin Dezful şəhəri İrana qarşı tətbiq edilən 8 il müharibədə 176 dəfə raketlə, 489 dəfə bomba və raketlə vurulub. Bu şəhər 2500 dəfə artilleriya hücumuna məruz qalıb. Şəhərin minlərlə yaşayış, inzibati və təhsil obyekti vurularaq məhv edildi. Şəhər müdafiə zamanı çoxlu sayda şəhid verib, dinc əhali yaralandı və ya köçkün düşdü. Bununla belə, onlar heç vaxt təslim olmamış, nümunəvi müqavimət göstərərək həyatın axarını davam etdirdilər.

Bu 8 il ərzində Dezful əhalisinin müqaviməti və sabitliyi sayəsində Xordad ayının 4-ü İranın milli təqvimində müqavimət və sabitlik günü, Dezful günü kimi qeydə alınıb. Başlanğıcını Zaqros dağlarından götürən Dez çayının sahilində yerləşən şəhər gözəl təbiət mənzərələri və turistik yerləri ilə isti Aralıq dənizi təbiətinə malikdir.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: