• Aug 25 2025 - 05:23
  • 25
  • Mütaliə zamanı : 1 minute(s)
Beynəlxalq Şəhriyar konfransına dəvət

Beynəlxalq Şəhriyar konfransına dəvət

Beynəlxalq Şəhriyar konfransına dəvət

İran ədəbiyyatı:

Beynəlxalq Ustad Şəhriyar konfransına məqalə qəbul edilir.

Konfransın mövzuları:

  • Şəhriyarın dünyagörüşü, intuitiv və irfani baxışı
  • Şəhriyar, milli vəhdət və iranlı kimliyi
  • Şəhriyar, milli dil və ana dil
  • Şəhriyar şeirlərində xalqlar və millətlərin birgəyaşayışı
  • Şəhriyar və dünya sülhü
  • Şəhriyarın şeirinin bəlağət və estetik ölçüləri
  • Şəhriyar məktəbinin fərqləndirici xüsusiyyətləri və əsas cəhətləri
  • Şəhriyar və fars dilli şeir janrları
  • Şəhriyar və klassik fars dilli şairlər (Firdovsi, Nizami, Xaqani, Mövləvi, Sədi, Hafiz)
  • Şəhriyarın yenilikçi və ənənəvi şairlərlə münasibətləri
  • Şəhriyarın türkdilli şeir tarixində rolu
  • Şəhriyar və türkdilli klassik şeir
  • Heydərbabaya Salam poeması - İran və dünyada ona yazılan nəzirələr
  • Heydərbabaya Salam poemasının fars dilinə edilən tərcümələrinin tədqiqi
  • Səhəndiyə və onun türk şeirində rolu – onun tərcümə və təfsirinin ədəbi, fəlsəfi və psixoloji cəhətləri
  • Şəhriyarın müasir türk şeirinin inkişafına təsiri
  • Şəhriyarın dini şeirlərinin tədqiqi
  • Şəhriyarın şeirlərində İslam inqilabı və müqəddəs müdafiə
  • Şəhriyarın şeirlərində Təbriz mənzərələri
  • Şəhriyarın Şeirinin dramatik və nəqledici potensialı
  • Şəhriyar, musiqi və musiqiçilər
  • Şəhriyar şeirində xalq və cəmiyyət
  • Şəhriyar və xalq mədəniyyəti

Konfransın xüsusi mövzusu:

  • Şəhriyarşünaslıq araşdırmalarında mövcud problemlər və tənqidlər

Mühüm qeydlər:

15 sentyabr 2025-ci il tarixində Tehranda açılış mərasimi təşkil olunacaq.

17-18 sentyabr 2025-ci il tarixində Təbriz şəhərində konfrans davam edəcək.

Qeyd edək ki, katibliyin məlumatına əsasən, konfransın elmi komitəsi tərəfindən qəbul edilən və dəvət olunan şəxslərin bütün xərcləri (bilet, qalma və qidalanma) konfrans katibliyi tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumat almaq və şəxsi CV-nizi təqdim etmək üçün İran İslam Respublikasının Bakıdakı səfirliyinə və ya İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna müraciət edə bilərsiniz.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: