Höccətül-İslam Vəl-Müslimin Cənab Məhəmməd Mehdi İmanipurun Dünya Katoliklərinin Liderinə Ünvanladığı Məktubu
Höccətül-İslam Vəl-Müslimin Cənab Məhəmməd Mehdi İmanipurun Dünya Katoliklərinin Liderinə Ünvanladığı Məktubu Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi, Dinlər Siyasəti və Koordinasiya Şurasının rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur, müqəddəs Qurani-Kərimə edilən son təhqirdən sonra, dünya katoliklərinin liderinə yazdığı məktubunda “Dinlərin Hüquqlarına dair Ümumdünya Sənədi”nin hazırlanmasını və tərtib edilməsini təklif edib. Höccətül-İslam vəl-müslimin cənab İmanipurun dünya katoliklərinin liderinə məktubunun mətni aşağıdakı kimidir: - “Dünya katoliklərinin hörmətli lideri Zati-aliləri Papa I Francis Salam və ən xoş arzularımla! Sizə cansağlığı və firavanlıq arzulayaraq, bildirirəm ki, məlumunuz olduğu kimi artıq neçənci dəfədir ki, din düşmənləri tərəfindən Qurani-Kərimin təhqir edilməsinin, dünya müsəlmanlarının duyğu və hisslərinin incitilməsinin şahidi oluruq ki, bunun demokratiya və azadlığın təzahürü olduğunu iddia edirlər. Zati-aliləri, əminəm ki, bu hadisə və buna bənzər hadisələr sizi də təsirləndirib. Çox aydındır ki, təxribatların genişlənməsinə mütənasib olaraq əməkdaşlıq və birgə fəaliyyətdə bizim hamımızın borcumuz keçmişdən daha çox olub. Xalqlar və Din Ardıcılları Arasında Sülhün və Dostluğun Qorunmasının Zəruriliyi Dini vəzifəmə və inancıma uyğun olaraq, kütləvi inancın qorunub saxlanılması və genişləndirilməsi, xalqların və dinlərin ardıcıllarının sülh və dostluğunun qorunub saxlanmasının zərurətindən irəli gələrək, təklif edirəm ki, müqəddəsləri təhqir etmək çərçivəsində baş verən hərəkətlərin qarşısını almaq üçün beynəlxalq camiədə “Dinlərin Hüquqlarına Dair Beynəlxalq Sənəd” in hazırlanması istiqamətində birgə fəaliyyət göstərək. Bundan əlavə, Bu hadisənin vurduğu ziyanla bağlı xalqımızla danışmaq yerinə düşər. Bu hadisələrin səbəbləri və ondan sonra baş verəcək hadisələr barədə xəbərdarlıq etməliyik. Bütün mövcud imkanlardan istifadə edərək, oxşar hadisələrin təkrarlanmamasının dirayətlə qarşısını almalıyıq. Ümid olunur ki, qarşılıqlı fəaliyyət və əməkdaşlıq daha çox məlumatlılığa səbəb olacaq və təkcə şəxsi motivasiyadan qaynaqlanmayan və dünyada nifrətin yayılmasına səbəb ola biləcək hərəkətlərin təkrarlanmasının qarşısını alacaq. Uca Allahdan Zati-alinizin uğurlarınızın davamını arzu edirəm!
Öz rəyinizi yazın.