• Sep 4 2025 - 05:22
  • 13
  • Mütaliə zamanı : 2 minute(s)
Həzrət Muhəmməd (s): 1400 il əvvəl qadın hüquqlarını inqilab edən şəxsdir.

Həzrət Muhəmməd (s): 1400 il əvvəl qadın hüquqlarını inqilab edən şəxsdir.

Həzrət Muhəmməd (s): 1400 il əvvəl qadın hüquqlarını inqilab edən şəxsdir.

Təsəvvür edin ki, VII əsrdə, qız uşağının doğulmasını rüsvayçılıq sayan və qadını alınıb-satılan mülk kimi qiymətləndirən bir cəmiyyətdə "Cənnət anaların ayağı altındadır" şüarı ilə inqilab edən bir şəxs peyda oldu. Onun adı Muhəmməd (s) idi.

Hekayə davam edir...

İslamqədərki Ərəbistan cəmiyyətində qadınların vəziyyəti acınacaqlı idi:

• Qız uşaqları diri-dirə basdırılırdı

• Qadınların heç bir mülkiyyət hüququ yox idi

• Əşya kimi miras qalırdılar

Lakin həzrət Muhəmməd (s) bu baxışları dəyişdirdi. O, təkcə bu adətləri qadağan etmədi, həm də qadınlar üçün həmin dövrdün inkişaf etmiş sivilizasiyalarında belə görünməmiş hüquqlar təyin etdi:

Həzrət Muhəmməd (s) tarixdə ilk dəfə olaraq Ərəbistanda qadınların "mehriyyə" almalı olduğunu elan etdi. Lakin bu qadının maddi dəyəri kimi deyil, qadının özünə məxsus olan maliyyə hüququ kimi qəbul edildi. O dedi: "Qadınlara məhrlərinin tam olaraq ödəyin".

Xədicə, Həzrət Muhəmmədin (s) həyat yoldaşı idi. O, təkcə ona ilk iman gətirən qadın deyildi, həm də həzrət peyğəmbərə (s) iqtisadi və mənəvi dəstək olurdu. Həzrət Muhəmməd daha sonralar bu barədə deyirdi: "Aləmlərin ən yaxşı qadınları Məryəm və Xədicədir".

Həmin dövrdə qadınlar həzrət Muhəmmədə (s) beyət etmək, (sədaqət andı içmək) İslam peyğəmbərliyini və cəmiyyətin idarəsini tanımaqda iştirak etmək hüququ qazandılar.

həzrət peyğəmbərin (s) qızı olan həzrət Fatimə (s.ə), elə bir mövqeyə malik idi ki, atası ona hörmətlə ayağa qalxırdı. O, cəmiyyətə göstərdi ki, qızlar alim, əxlaqi model və müqavimət simvolu ola bilərlər.

Əziz İslam peyğəmbəri (s) açıq şəkildə elan etdi: "Razılığı olmadan ərə verilən qadının nikahı etibarsızdır". Bu isə o dövrdə bir çox sivilizasiyalarda qadınların məcburi evləndirilməsi ilə ziddiyyət təşkil edirdi.

Ümumi düşüncənin əksinə olaraq, həzrət Muhəmməd (s) qadınlara mülkiyyət və ticarət hüququ verdi. Tarix qeyd edir ki, Mədinədə bir çox müsəlman qadınlar uğurlu tacirlər idilər.

Bilirdinizmi ki, bu gün inkişaf etmiş cəmiyyətlərdə qadınlar üçün tanınan bu hüquqların bir çoxunu Əziz İslam peyğəmbəri (s) 1400 il əvvəl təklif etmişdi?

Bəlkə də, qərəzsiz olaraq, həzrət Muhəmmədi (s) daha yaxşı tanımağın vaxtı çatıb. O, tarixin ən qaranlıq dövründə qadın hüquqları üçün çıraq yandıran bir şəxs idi.

"Həzrət Muhəmməd (s) sübut etdi ki, real sivilizasiya qadının ləyaqətinin tanındığı yerdə başlayır."

 

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: