Naxçıvan Muxtar Respublikası Naxçıvanşünaslıq Mərkəzinin rəhbəri ilə görüş keçirildi
İran İslam Respublikasının Naxçıvandakı baş konsulu cənab Seyid Əhməd Hüseyni və baş konsulluğun mədəniyyət attaşesi cənab Əbülfəzl Rəbii Naxçıvan Muxtar Respublikasının Naxçıvanşünaslıq Mərkəzinin rəhbəri cənab Şahin Əliyarov ilə rəsmi görüş keçiriblər.
Bu görüşdə bu mərkəzin İran İslam Respublikası və ölkənin şimal-qərbindəki qonşu əyalətlərdəki analoji mərkəzlərlə müxtəlif əməkdaşlıq sahələri müzakirə edilib və bu barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar Naxçıvanşünaslıq Mərkəzinin müxtəlif şöbələri ilə tanış olub.
Öz rəyinizi yazın.