• Dec 26 2022 - 09:45
  • 321
  • Mütaliə zamanı : 1 minute(s)

Rudəki Farsdilli Şeirin Atası

 

Rudəki: Farsdilli Şeirin Atası

Abdulla Cəfər bin Məhəmməd Rudəki fars poeziyasının atası adlandırılan və çoxlu əsərlər və şeirlər yaratmış, fars ədəbiyyatında ilklərdən olan məşhur iranlı şairidir.

Farsdilli Şeirin Atası Rudəkinin Tərcümeyi-Halı

Rudaki poeziyadakı yeniliklərinə görə fars poeziyasının atası sayılan ilk böyük farsdilli şairdir. Bu böyük İran şairi qiymətli ömrü boyu çoxlu əsərlər yadigar qoyub getmişdir. Bu məşhur şairin şeir tərzi, onun şeir növlərində xüsusi məharətə malik olması və farsdilli şeirin canlandırılmasına özündən sonrakı şairlər üçün öncül olması səbəbindən Rudəkidən sonrakı şairlər onun şeir yazı tərzinə əməl etmişdirlər. Belə ki, o, şairlər və natiqlər arasında ustad və sultan şair kimi məşhurlaşmışdır. Bu yazıda sizi bu istedadlı şairin tərcümeyi-halı ilə tanış edəcəyik.

Rudəkinin Təvəllüdü və Uşaqlığı

Abdullah Cəfər bin Məhəmməd Rudəki Səmərqənddə olan Rudək bölgəsinin kəndlərindən biri olan Banco kəndində anadan olub. Rudəkinin anadan olduğu il, həyatı və təhsili haqqında çox məlumat yoxdur. Bəziləri Rudəkinin anadan olduğu ili hicri 244-cü il, ölüm ilini isə hicri 329-cu il hesab edirlər. Rudəkinin şeirlərinə diqqətlə nəzər saldıqda onun arif şair olduğunu və farsca lüğətə yiyələnmiş olduğunu görə bilərik. Bəziləri Rudəkinin Səmərqənd məktəblərində oxuduğunu, bəziləri isə onun Quranı 8 yaşında öyrənib əzbərlədiyini və o vaxtdan şairə çevrildiyini deyirlər.

Maraqlananlar xüsusi jurnalın elektron variantını aşağıdakı linkdən əldə edə bilərlər!

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: