• Jul 21 2023 - 17:15
  • 241
  • Mütaliə zamanı : 1 minute(s)

Xüsusi Jurnal: Aşura Dində Ən Üstün, Məzhəbdən Daha Uca

Allahın adı ilə

 

Ön Söz

Böyük və əbədi Aşura hərəkatı əvvəldən bu günə qədər və bəşəriyyətin xilaskarının zühuruna qədər azadlıq və hürriyyət mənbəyi olmuşdur və olacaqdır. Haqqpərvər və haqq axtaran hər bir insan azadlığa və ədalətə çatmaq üçün ən azı bu dastanın qaynağını dərk etməlidir. Aşura tarixi bir həqiqəti göstərir ki, imam Hüseyn (ə) və onun vəfalı səhabələri despotik, qaniçən bir hökumətə, dünyapərəst və despotik orduya qarşı qiyamları zamanı zalım və azğın insanlara istibdadın rütbə, vəzifə, şərəf və yüksək dərəcə gətirmədiyini, insanlara sadəcə azadlığın vüqar və ləyaqət qazandırdığını öyrətmək üçün bir səhra bölgəsində düşmənlə üz-üzə gəldilər. Müxtəlif dinlərə mənsub bir çox alim və ağsaqqallar Aşura qiyamının fəlsəfəsi sahəsində araşdırma və tədqiq apararaq bu fikrə gəliblər ki, İmam Hüseynin (ə) qiyamı ilahi bir qüdrətdən doğulmuşdu və İmam Hüseyn (ə) İslam dinini və Peyğəmbərin (s) şəriətini əbədi saxlamaq niyyətində idi. Bu tədqiqat təsviri və tarixi metoddan istifadə etməklə işlənib hazırlanmışdır. İmam Hüseynin (ə) qiyamının səbəbləri və onun azad səhabələrinin xüsusiyyətləri ilə bağlı müxtəlif fikir və nəzərləri söylədik ki, bu mətni oxuyan bilməlidir ki, İmam Hüseynin (ə) yolu bir din və ya məzhəbə bağlı deyil, bütün böyük və azad insanlarla əlaqəlidir.

Maraqlananlar xüsusi jurnalın elektron nüsxəsini aşağıdan əldə edə bilərlər

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: