• Oct 26 2022 - 11:56
  • 248
  • Mütaliə zamanı : Less than one minute

Xüsusi jurnal Məhəmməd Zəkəriya Razi İranın ensiklopedik biliyə malik olan həkim filosof və kimyaçısı

 Məhəmməd Zəkəriya Razi

Əbubəkr Məhəmməd bin Zəkəriya Razi (hicri-qəməri 251-313-cü, hicri-şəmsi 243-304-cü illərdə yaşayıb.) İranın ensiklopedik biliyə malik olan həkim, filosof və kimyaçısıdır. Razi tibb, kimya və fəlsəfə sahələrində ölməz əsərlərin müəllifi, spirt, kükürd (sulfat turşusu) və kerosinin ixtiraçısı kimi məşhurdur. Onun astronomiya, məntiq və riyaziyyatla bağlı da əsərləri var.

Corc Sartona görə (elm tarixinin atası) Razi “orta əsrlərdə İranın ən böyük həkimi” olmuşdur. Pərviz Ozkayi və Coel Kremer “Əl-Buveyhiyə dövründə mədəni dirçəliş” kitabında Razini İran humanizminin zirvəsində dayanan bir şəxsiyyət kimi qiymətləndiriblər.

Razinin əczaçılıq sahəsindəki böyük zəhmətlərini nəzərə alaraq, İran təqvimi ilə Şəhrivər ayının beşinci günü (27 avqust) İranın böyük kimyaçısı Razinin anım günü və əczaçı günü adlandırılıb.

Maraqlananlar bu xüsusi jurnalın elektron formasını aşağıdan əldə edə bilərlər

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: