• Apr 30 2022 - 13:04
  • 328
  • Mütaliə zamanı : 3 minute(s)
Qüds günü

İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının “Dünya Qüds günü” münasibəti ilə bəyanatı

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatı “Dünya Qüds günü” münasibəti ilə bəyanat verib.

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatı “Dünya Qüds günü” münasibəti ilə bəyanat verib. Bəyanatda deyilir: sionist düşmənə qarşı “hərtərəfli müqavimət” adlı konsepsiyanın formalaşdığının şahidi oluruq. Mədəniyyət və İslami Əlaqələr Təşkilatı bəyanat yayaraq “Qüdsü-Şərif” in azad edilməsinin İran İslam İnqilabının ümumbəşəri idealı olduğunu vurğulayaraq, dünya müsəlmanlarını və azadlıqsevərlərini, xüsusilə də şərəfli İran xalqını “Qüds günü yürüşü” tədbirində iştirak etməyə dəvət edib. Bəyanatın mətnində qeyd olunur:

Allahın adı ilə!

” ٰ ۚ إنّه هو السّمیع الْبصیر بعبْده لیْلًا من الْمسْجد الْحرام إلى الْمسْجد الْأقْصى الّذی بارکْنا حوْله لنریه منْ آیاتنا سبْحان الّذی أسْرى ﴿١﴾ 

“Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidi-haramdan ətrafını mübarək etdiyimiz Məscidi-əqsaya aparan Allah pak və müqəddəsdir. O, həqiqətən, hər şeyi eşidəndir, görəndir!” (İsra surəsi, 1-ci ayə)

Müqəddəs Qüdsün işğalçıların zülmündən azad edilməsi müqəddəs məqsəd və İslam İnqilabının qələbəsindən sonrakı illərdə məzlum Fələstin xalqının bütün dünyada saysız-hesabsız tərəfdarlarını bir araya gətirən ortaq bir düşüncəyə çevirilmişdir. “Qüds azadlığı” əsl müqavimət deyimindən qaynaqlanmaqla, İslam və bəşəriyyətə düşmən olmağa and içmişlər ilə uzlaşmaq deyiminin əksidir.

Qüdsün azad edilməsi yalnız uca ideal və ya məqsəd deyil, həm də dünyada azadlıq və hüquq təbliğatçıları arasında diskursun tərkib hissəsidir. Həzrət İmam Xomeyni (r.ə) öz uzaqgörənliyi ilə Qüds Gününü bütün dünyada milyardlarla insan üçün vəhdət mənbəyinə çevirdi. Bu sionist rejimin qeyri-insani kimliyi və işğalçı mahiyyətinə qarşı davamlı müqavimətin göstərildiyi bir mərkəzdir. Bu gün “Qüdsi-Şərif” regionda və dünyada müqavimət diskursunun ağırlıq mərkəzidir.

Müqavimət döyüşçülərinin, o cümlədən Həmas və İslami Cihadın sionist rejim, həmçinin, onun qərb tərəfdarları və regional müttəfiqləri ilə hərbi qarşıdurmada əldə etdikləri ilahi qələbədən başqa, bu gün biz müqavimət diskursunun komponent və bucaqlarının üst-üstə düşməsinin və onun bütün dünyada təbliğçilərinin olduğunun şahidiyik. “Qüds günü” fürsətlər doğuran ortaq vəhdətin parlaq nöqtəsidir.

Bu gün Allahın bayramı olan mübarək Ramazan ayının son cümə gününə qədəm qoyuğumuz ərəfədə sionist rejimin Qəzzə və İordan çayının qərb sahilinin sakinlərinə qarşı törətdiyi silahlı cinayətləri pik həddə çatıb. Cənin düşərgəsi, Şeyx Cərrah məhəlləsi və hətta Əl-Əqsa məscidinin həyəti Fələstin xalqının məzlumiyyətinin nümayiş səhnəsinə çevrilib. Qarşılığında isə, “hərtərəfli müqavimət” adlı parlaq bir konsepsiyanın şahidi oluruq. Bu hərtərəfli müqavimət bir neçə aspekt və nümunələri ehtiva edir: Müqavimətin işğal olunmuş ərazilərin strateji dərinliklərinə nüfuz etməsindən tutmuş, fələstinlilərə qarşı zülmün müqavimətin media şəbəkələrində işıqlandırılmasına qədər. Bu hərtərəfli müqavimət kompromisləri inkar edən və sionist düşmənə etimadı tənəzzül və məğlubiyyət hesab edən diskurs kontekstində baş tutur. Bu elə bir diskursdur ki, düşmən müqabilində fəaliyyətsizliyə təhəmmül etmir. Onun Fələstin xalqının öz ilkin və ata-baba torpaqlarına qayıtması yolunda bütün gizli və aşkar imkanları istifadə etməkdən başqa bir düşüncəsi yoxdur. Bu gün Həmas hərəkatı və Hizbullahdan tutmuş, Haşdi-Şabiyə, Ənsarullaha, bütün dünyadakı sayısız müqavimət tərəfdarlarına qədər bütün gözlər Qüdsü-Şərif və Fələstin xalqına dikilib. Keçmiş və son illər ərzində İslam İnqilabının dəyərli mirası olan “Qüds günü” yürüşünün təşkil olunması məzlum millətə dəstək olmaq üçün bəşəriyyətin pak fitrətinin oyanmasına səbəb oldu.

İran xalqı bütün İslam dünyasındakı qardaşları ilə birlikdə müqəddəs Qüdsün azadlığı idealı və müqavimət diskursu çərçivəsində müsəlmanların ilk qibləsinin azadlığını dəstəklədiklərini fəryad edəcəklər. Bu fəryad və harayların ortasında əsrin müqaviləsi və ya bəzi ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşdırılması planı kimi kompromis diskursunun tərkib hissələrinin hamısının məğlubiyyət və məhv olmaqdan başqa heç bir nəticəsi olmayacaq. Bu, Uca Allahın Qurani-Kərimdə haqq yolunun davamçılarına verdiyi şirin və müjdə dolu vədidir. Onun reallaşmasına gündən-günə daha da yaxınlaşacağıq. İnşallah!

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: