Xəbərlər (Bakı)
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 1402- ci hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı mesajda İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları təbrik etdikdən sonra ölkənin keçən ilki ən mühüm məsələsinin iqtisadiyyat və xalqın məişəti məsələsi olduğunu dedi.
İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm və vazkeçilməz olduğuna inanır. O cümlədən; rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı və Vətəni sevmək, ümidini itirməmək, birlik və həmrəylik, səbirli olmaq, elm və mənəviyyata üz gətirmək, insanların hüquqlarına hörmətlə yanaşmaq və sair pak dəyərləri saymaq olar
İnsan öz mühitində özünü başqalarından fərqləndirən və fərdi xüsusiyyətlərdən ibarət şəxsiyyətə, eləcə də başqaları ilə qarşılıqlı münasibətdən irəli gələn sosial kimliyə malikdir. Buraya insanın fərdi şəxsiyyəti, özünə dair hissləri, dəyərləri və unikal varlığı haqqında məlumatlar daxildir. Özünü qavrayışın bir hissəsi olan sosial kimlik, fərdin üzvü olduğu müxtəlif sosial qruplar haqqında biliyinə və bu üzvlüyə aid etdiyi dəyər və mənalara əsaslanan bir şəxsiyyət növüdür. Bununla belə, peşə qrupu, dini qrup, siyasi inanclar, sosial dəyərlər və cinsiyyət qrupu kimi xüsusiyyətlər də sosial kimliyin bir hissəsidir.