Novruz
İran Mədəniyyət Mərkəzi Novruz tədbirində iştirak edib
İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi Buzovnada təşkil olunan Novruz tədbirində iştirak edib
Azərbaycanın adət və ənənələrinə uyğun olaraq, Novruz bayramına bir neçə gün qalmış bu ölkənin bəzi rayon və şəhərlərində Novruzla bağlı xüsusi sərgilər, mərasimlər keçirilsə də, son iki ildə bu proqramlar dayandırılmışdı. Bu il Bakıdan 30 km aralıda yerləşən Buzovna Mədəniyyət Evinin dəvəti ilə İranın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi orada İranın şəhərlərini, görməli yerlərini əks etdirən kitablardan, əl işlərindən və gözəl şəkillərdən ibarət sərgi təşkil edib. Proqramda bölgənin bəzi şairləri, o cümlədən Arif Buzovnali (Xəzər Şairlər birliyinin rəisi), ruhani və Əhli-beyt (ə) şairi Hacı Soltan Əlizadə, Azərbaycanın tanınmış şairi Gülarə Munis və digər müxtəlif mədəniyyət ocaqlarının nümayəndələri sərgiyə baxış keçirmiş, müxtəlif məktəblərin şagirdləri öz Novruz şeirlərini söyləmiş, Novruz tamaşaları nümayiş etdirmişlər.
Bu proqramda İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri tamaşaçıları Novruz bayramı münasibətilə təbrik edərək Novruzu təbiətlə bağlı bir yaz bayramı kimi qiymətləndirmiş, Novruz adət-ənənələrinin qorunub saxlanmasını Novruz adətləri olan bütün ölkələr üçün zəruri hesab etmişdir. Cənab Purmərcan Novruz bayramını region ölkələri xalqlarının adət-ənənələrini yaşada bilən birləşdirici halqa hesab edib.
Öz rəyinizi yazın.