• Mar 23 2023 - 16:14
  • 644
  • Mütaliə zamanı : 14 minute(s)
Ali Məqamlı Rəhbər: Düşmən dəyişmə deyərkən İslam Respublikası kimliyinin dəyişməsini nəzərdə tutur

Ali Məqamlı Rəhbər: Düşmən dəyişmə deyərkən İslam Respublikası kimliyinin dəyişməsini nəzərdə tutur

İslam İnqilabının Rəhbəri yeni ilin ilk günü İmam Rzanın (ə) pak hərəminin qonşuları və ziyarətçilərinin önündə çıxış edərkən güclü tərəflərin gücləndirilməsi, zəif cəhətlərin və nöqsanların ortadan qaldırılması mənasını ehtiva edən dəyişmənin ölkənin əsas ehtiyacı olduğunu dedi

Ali Məqamlı Rəhbər:

Düşmən dəyişmə deyərkən İslam Respublikası kimliyinin dəyişməsini nəzərdə tutur

 

İslam İnqilabının Rəhbəri yeni ilin ilk günü İmam Rzanın (ə) pak hərəminin qonşuları və ziyarətçilərinin önündə çıxış edərkən güclü tərəflərin gücləndirilməsi, zəif cəhətlərin və nöqsanların ortadan qaldırılması mənasını ehtiva edən dəyişmənin ölkənin əsas ehtiyacı olduğunu dedi. O, düşmənlərin dəyişməyə tamamilə zidd olan hədəf və tələblərinə işarə edərək vurğuladı: “Qətiyyətli iradə, milli özgüvən, ümidvarlıq və ayıqlıq prinsiplərinə əsaslanaraq ağır və çətin dəyişmə prosesini başlatmalı, əsasən, iqtisadiyyat sahəsindəki zəif cəhətləri güclü və parlaq cəhətlərə çevirməliyik”.

Həzrət Ayətullah Xamenei İran xalqının yeni il təhvil olarkən vəziyyətlərinin ən yaxşı vəziyyətlə əvəz olunması üçün oxuduqları ümumi duaya işarə edərək dedi: “Hər bir dəyişmə üçün Allaha du etməklə yanaşı, səy və əzmkarlıq göstərilməlidir”.

İnqilabın Rəhbəri cəmiyyətin ölkənin siyasi məsələlərindən xəbərdar olmasının fikir, düşüncə və ağıl sahibi olan gənclərin aktiv fəaliyyətinə zəmin yaradan amil olduğunu dedi: “Hər bir mühüm məsələ kimi dəyişmə məsələsinin də xalqın müzakirəsinə çıxarılması zəruridir. Çünki ictimai rəy bir fikir və ideyanı yaxşı qarşılamasa, həmin fikir əməl müstəvisinə keçməz və tədricən unudular”.

O, dəyişmənin həqiqi mənası ilə düşmənlərin dəyişmə kimi nəzərdə tutuduqları məna arasında fərq olduğunu vurğulayaraq dedi: “Düşmənlərin dəyişiklikdən dəyişikliyə və dövlətin məqsədlərinə tamamilə zidd olan tələbləri var. Təəssüflər olsun ki, daxildə də onlara tabe olaraq, ya onları təqlid edərək, ya da hər hansı digər maraqlardan irəli gələrək eyni sözləri dəyişərək təkrar edənlər var. Konstituriyanın və ya dövlət strukturunun dəyişdirilməsi səsləndirilən fikirlərdəndir”.

O qeyd etdi ki, düşmənin struktur dəyişikliyi, dəyişiklik, inqilab və bənzər ifadələri gündəmə gətirməkdə məqsədləri İslam Respublikası kimliyini dəyişməkdir: “Düşmənin məqsədi ölkənin və dövlətin güclü nöqtələrini sıradan çıxarmaq, xalqa inqilabı, xalis İslamı, inqilabçılığı xatırladan məsələləri unutdurmaqdır. İmamın adının təkrar edilməsi, İmamın təlimlərinin gündəmdə saxlanması, vilayəti-fəqih məsələsi, 22 bəhmən, xalqın seçkilərdəki izdihamlı iştirakı bu məsələlərdəndir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam demokratiyasının avtoritar və müti bir hökumətlə, ya da üzdə demokrat görünüb, əməldə qərblilərin əmrlərini dinləyən bir hökumətlə əvəz edilməsi imperialistlərin üzdə dəyişiklik kimi görünən sözlərinin son məqsədidir: “Onlar hər bir işdə İranı siyasi və iqtisadi cəhətdən öz hökmranlıqları altına almağı, ölkəni qarət etməyi düşünürlər”.

O, bu dəqiqləşdirmədən sonra ölkənin güclü tərəflərinin öyrənilməsinin dəyişiklik üçün zəruri bir önplan olduğunu dedi: “Çətin dəyişmə yolunu qət etmək üçün milli özgüvənə ehtiyac var”.

İnqilabın Rəhbəri qeyd etdi ki, İran xalqı özgüvəni olan bir xalqdır. O, xalqın özünə hörmət, müstəqillik istəyi və şücaətinə işarə edərək dedi: “Dəyişiklik yolunun qət edilməsində lazım olan ikinci mühüm ünsür ayıqlıqdır”.

Həzrət Ayətullah Xamenei qəflət və ayıqlığın diqqətdən qaçırılmasının güclü nöqtələrə zərbə endirilməsinə səbəb olduğunu dedi: “Dövlətə və inqilaba ürəyi yanan, onu sevənlərin bəzisi bəzən yaxşı və islahatçı hərəkət etmək istədikdə qəflət və diqqətsizlikdən dövlətin güclü nöqtələrinə zərbə vururlar. Bu cür diqqətsizlikdən qorunmaq və ehtiyatlı olmaq lazımdır”.

İnqilabın Rəhbəri bildirdi ki, güclü nöqtləri qorumaq onları tanımaqla şərtlənir. O, İran xalqının bəzi güclü tərəflərini qeyd edərək gənclərdən bu cür məsələlər üzərində fikirləşmələrini, düşünmələrini və hərətərəfli götür-qoy etmələrini istədi.

O, İran xalqının daxili təməlinin güclü və möhkəm olduğunu ölkənin aşkar güclü nöqtələrindən olduğunu dedi: “Bu daxili güc və istehkam xalqın imanından qaynaqlanır. Hətta üzdə İslam hökmlərinə tam şəkildə bağlı olmayan fərdlərin də Allaha, Qurana və imamlara imanları var”.

O, İran xalqının daxili istehkamının aşkar əlamətlərinə aydınlıq gətirərək xalqın dünya imperialistlərinin bir neçə on illik ərzindəki fasiləsiz düşmənçilik zənciri üzərindəki qələbəsinə işarə edərək dedi: “Hansı ölkə və inqilab uzun illər dünyanın ən güclü dövlətlərinin arasıkəsilməz zərbələri qarşısında dayanıb və diz çökməyib?”

Həzrət Ayətullah Xamenei çevriliş, sanksiya, siyasi təzyiqlər, misli görülməş media hücumları, təhlükəsizlik planları, analoqu olmayan iqtisadi sanksiyaların düşmənin davamlı olaraq həyata keçirdiyi planların ayrı-ayrı yönləri olduğunu dedi: “Bu düşmənçiliklərin son dövründə ABŞ və bəzi Avropa dövlətlərinin rəhbərləri keçən il çox az faizlə həyata keçirilən iğtişaşlara açıq şəkildə dəstək verdilər, silah, siyasi, maliyyə, təhlükəsizlik və media dəstəkləri ilə ən azı İslam Respublikasını zəiflətməyə çalışdılar. Amma meydanda həmin məqsədin tam əksi gerçəkləşdi, İslam Respublikası bu beynəlxalq hiyləyə qalib gələrək güclü və möhkəm olduğunu göstərdi”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, keçən illərin analoji mərasimlərindən daha izdihamlı və coşqulu şəkildə qeyd edilən 1401-ci ilin 22 bəhməni dövlətin güclü daxili təməlinin təzahürü oldu: “Millətin ayrı-ayrı sahələrdəki böyük nailiyyətləri bu daxili istehkamın digər əlamətlərindəndir”.

O vurğuladı ki, iqtisadi blokada və mümkün olan ən güclü təzyiqlər dövründə əldə edilmiş nailiyyət xalqın parlaq fəaliyyəti oldu: “Amerikalılar bütün yalanlarına rəğmən, etiraf etdilər ki, onların İran xalqına qarşı həyata keçirdiklər iqtisadi təzyiqlərin tarixdə misli olmamışdır”.

Həzrət Ayətullah Xamenei elm və texnologiya sahəsindəki inkişaflarını, nano və biotexnologiya sahələrində dünyanın ən qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşdıqlarını, sağlamlıq, kosmos, nüvə, müdafiə, infrastruktur, müalicə və səhiyyə mərkəzləri, neft emalı zavodları və digər sahələrdə inkişaf etdiklərini qeyd etdi: “Xarici əlaqələr sahəsində də düşmənin İranı təcridetmə səyləri iflasa uğradı. İslam Respublikası Asiya ilə olan əlaqələrini yüz faiz möhkəmləndirməklə bundan sonra da bu regionun mühüm dövlətləri ilə olan siyasi, iqtisadi elmi və texniki əlaqələrini genişləndirməyə davam edəcək”.

O əlavə etdi: “Regionun bir sıra mühüm müqavilələrindəki üzvlük, Afrika və Latın Amerikası ilə əlaqələrin gücləndirilməsi xarici əlaqələr sahəsindəki nailiyyətlərdəndir. Yeri gəlmişkən, onu da qeyd edim ki, avropalılarla da küsülü deyilik. Əgər ABŞ-ın vassallığından əl çəksələr, onlarla da iş görməyə hazırıq”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, iman, milli qürur hissi, daxili potensiala söykənmək İran xalqının inkişaf amillərindəndir: “Dövlətin digər güclü tərəfləri, o cümlədən respublikaçılıq və islamçılıq da gücləndirilməlidir”.

Həzrət Ayətullah Xamenei ölkənin güclü tərəflərini qeyd etdikdən sonra dəyişilməli olan zəif cəhətlərə aydınlıq gətirdi: “Bütün zəif cəhətlərin başında iqtisadiyyat və iqtisadi siyasətlər dayanır. Bunların çoxu inqilabdan əvvəlkilərin mirasıdır, bəzisi də inqilabdan sonraya aiddir”.

O qeyd etdi ki, ölkə iqtisadiyyatının ən mühüm problemi və zəif cəhəti iqtisadiyyatın dövlət idarəçiliyində olması və 60-cı illərin iqtisadi siyasətlərindən qaynaqlanan ifrat dominantlıqdır: “Bu ifrat xalqın böyük və sərvət gətirən fəaliyyətlərdən kənarda qalması, bu gün ölkədə müşahidə edilən problemləri meydana çıxması ilə nəticələnmişdir”.

İnqilabın Rəhbəri bildirdi ki, 44-cü maddənin ümumi siyasətlərinin açıqlanmasının məqsədi iqtisadi fəaliyyətlərin xalqa həvalə edilməsi olmuşdur: “İqtisadiyyat və istehsalın mühüm sahələri xalqın ixtiyarında olmalıdır. Dəfələrlə təkrar etmişəm, dövlət və bəzən yarı özəl – yarı dövlət kimi xoşagəlməz ifadə ilə səciyyələndirilən yarımdövlət şirkət və müəssisələri özəl müəssisələrlə rəqabət aparmamalıdırlar”.

O qeyd etdi ki, iqtisadiyyatın açarının dövlətə verilməsi modeli ilə iqtisadi ədalətin gerçəkləşməməsi bu metodun yanlışlığını göstərdi: “Dövlət iqtisadiyyata müdaxiləni və dominantlığı azaltmalı, işləri xalqa həvalə etməklə fəaliyyətlərə nəzarət etməlidir. Əlbəttə, bu məsələni ayrı-ayrı hökumətlərə tövsiyə etmişəm. Amma həvalə etmələr ya gerçəkləşməmiş, ya da yanlış formada həyata keçirilmiş, bu da xalqın zərərinə nəticələnmişdir”.

Həzrət Ayətullah Xamenei ölkə iqtisadiyyatının digər qüsurunun xam neftdən asılılıq olduğunu dedi: “İqtisadiyyatın göbək bağını xam neft ixracatından qoparmaq lazımdır. Daha çox gəlir əldə etmək üçün qeyri-neft fəaliyyətləri ilə məşğul olmaq lazımdır. Verilən məlumatala görə, xoşbəxtlikdən, bu sahədə yaxşı işlərə start verilmişdir”.

Ölkə iqtisadiyyatının dollardan asılılığı məsələsi İnqilabın Rəhbərinin toxunduğu digər zəif cəhət idi: “Qərbin sanksiyasına məruz qalmış bəzi dövlətlər dollar asılılığından xilas olub yerli valyuta ilə işləməklə vəziyyəti daha da yaxşılaşdırmışlar. Biz də bu işi görməliyik”.

O, ölkənin 90-cı onillikdəki zəif iqtisadi inkişafının başqa bir zəif cəhət olduğunu bildirdi: “90-cı onilliyin bəzi illərində iqtisadi inkişaf göstəricisi 1-dən aşağı olmuşdur. İndiki hökumətin vaxtında da iqtisadi inkişaf əmsalı çox aşağı idi. Halbuki ölkə iqtisadiyyatını sağaltmaq üçün sürətli və davamlı iqtisadi inkişafa ehtiyac var. Bunun üçün xalqın yardımı və rəhbərliyi ilə istehsalın artırılması lazımdır”.

Həzrət Ayətullah Xamenei hökumət rəhbərlərini və parlamentariləri xalqda ölkə iqtisadiyyatında istehsalçı rolunu ifa etmək, özəl sektora investisiya qoyuluşu və sahibkarlıq fəaliyyətinə etimad hissi yaratmağa çağırdı: “Əgər iqtisadiyyatda xalqın imkanlarından istifadə edilsə və istehsal artırılsa, xalqın ümumi məişəti yaxşılaşar, inflyasiya sağalar və ilin şüarı gerçəkləşər”.

Xalqın iqtisadi fəaliyyətə cəlb edilməsi yollarından xəbərsizliyin başqa bir zəif cəhət olduğunu deyən İnqilabın Rəhbəri ölkə rəhbərliyinə, mütəxəssislərə və ölkənin taleyini düşünən insanlara xalqın iqtisadi fəaliyyətə cəlb edilməsi yollarını tapmağı tövsiyə etdi: “Xalqın, müqəddəs müdafiə və siyasi məsələlərdə olduğu kimi, meydana atıldığı hər yerdə inkişafa nail olduq. Buna görə də xalqın iqtisadiyyat sahəsindəki fəaliyyət formasının müəyyən edilməsi ilə bu sahədə də qələbə çalacaq, uğur əldə edəcəyik”.

Xarici ticarətdə hərəkətliliyin artması, elm təməlli şirkətlərin və fəaliyyətlərin gücləndirilməsi, qanuni siyasətlər əsasında qanunvericilikdə dəyişiklik edilməsi, illik büdcələrdə qeyri-qəti gəalirlər üçün qəti xərclərin yaradılmasından çəkinmək İslam İnqilabının işarə etdiyi digər nöqsanlardan oldu.

Həzrət Ayətullah Xamenei bildirdi ki, hibrid müharibə və düşmənin bu sahədəki siyasətləri ilə bağlı xalqa məlumat verilməsi lazımdır: “Hibrid müharibədə hərbi hücum yoxdur. Xarici təbliğatçılar və onların daxildəki izləyiciləri həqiqətləri dəyişik göstərərək xalqın iradəsini zəiflətmək, gənclərin ürəyindəki ümid işığını söndürmək, onlarda gələcək, iş və inkişafla bağlı məyusluq yaratmaq üçün vəsvəsələrdən istifadə edərək xalqın dini və siyasi inanclarına hücum edirlər”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Düşmənlər hibrid müharibədə ixtilaf salmağa, ölkədə ikiqütblülük yaratmağa, xalqın həqiqi güc proqramı olan imanı, milli və dini dəyərlərini onun əlindən almağa, bununla da ölkədə qeyri-sabitlik və qarışıqlıq, əgər bacarsalar, vətəndaş müharibəsi yaratmağa çalışırlar. Təbii ki, başları daşa dəydi və yenə də dəyəcək”.

O, hibrid müharibədə mədəni, təhlükəsizlik, iqtisadi, məyusluq yaratmaq və öz imkanlarından xəbərsizlik kimi müxatəlif amillər və vasitələrdən istifadə edilməsinə işarə edərək dedi: “Onlar öz media vasitələrimizə qarşı bədbinlik yaratmaq, gerçək olmayanları və ya təkrar sözləri danışdıqlarını iddia edərək radio-televiziyanı və ölkə rəhbərliyinin məlumatlarını dinləməməsi üçün xalqı ondan ayrı salmağa çalışırlar”.

Həzrət Ayətullah Xamenei bədxahların iddialarını rədd edərək dedi: “Düşmən cəbhəsi uzun illərdir ki, yüksək səslə İslam Respublikasını diz çökdürmək istədiyini elan edir. Qarşılığında rəhbərlik: “Qələt edirlər” deyir. Bu, təkrar deyil, Allahın göstərişinə əsasən, haq söz üzərində dayanmaq və qətiyyətdir”.

O xalqın daim səhnədə olmasını yüksək qiymətlnədirərək xalqın ayıqlığı və müqavimətinin son nümunəsinin son iğtişaşlara qarşı mübarizə olduğunu dedi: “Xalq iğtişalara təhrik edən və ya iğtişaşları dəstəkləyən bütün şəxslərə sillə vurdu, Allahın güc və qüdrəti sayəsində gələcəkdə də İran xalqı öz düşmənlərinə sillə vuracaq”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Mən qətiyyətlə elan edirəm ki, İran xalqı güclüdür, inkişaf etməkdədir, öz nöqsanlarını ortadan qaldırmaq və dəyişiklik yaratmaq iqtidarındadır”.

O, dövlətin müqavimət cəbhəsinə dəstəyinin davam etdirilməsinin zəruriliyini vurğulayaraq İranın Ukrayna müharibəsindəki iştirakı yalanını rədd edərək dedi: “Biz Ukrayna müharibəsində iştirakı qətiyyətlə və açıq şəkildə rədd edirik. Bu, əsla doğru deyil. Ukrayna müharibəsini ABŞ NATO-nu Şərqə doğru genişləndirmək üçün yaradıb. İndi də Ukrayna əhalisi problem və çətinliklər içərisində olduğu halda, müharibədən ən böyük xeyiri ABŞ və onun silah istehsal edən zavodları götürür. Buna görə də müharibənin başa çatması üçün lazım olan işlərə mane olurlar”.

Həzrət Ayətullah Xamenei ölkə iqtisadiyyatının dəyişmə proqramları ilə aradan qaldırılmalı olan əsas nöqsanları qeyd etdikdən sonra əhali arasında mövcud olan bir neçə zəif cəhətə işarə edərək dedi: “Su, işıq, qaz, çörək və benzindən istifadə edərkən israfçılığa yol verilməsi, bəzən yarışma xarakteri alan, xərclərin, xüsusilə evlilik xərclərinin artmasına səbəb olan dəbdəbəyə ifrat meyillənmə, bəzən xarici istehsaldan daha keyfiyyətli olan, amma istifadə edilmədiyi üçün iranlı işçinin işsiz qalmasına səbəb olan daxili istehsala qarşı təəssübkeşliyin olmaması, siyasi məsələlər də daxil olamqla ayrı-ayrı məsələlərlə bağlı yaranmış kiçik fikir ayrılıqlarına göz yummamaq, onların cəmiyyətdə ikitirəliyə çevrilməsi, ümumi davranışlarda aradan qaldırılması zəruri olan nöqsan və problemlərdəndir”.

İslam İnqilabının Rəhbəri, habelə verdiyi mühüm bir tövsiyəsində virtual məkanda, mətbuatda və tele-radio vasitəsilə xalqla ünsiyyət imkanı olan şəxsləri və media sahiblərini ümid yaratmağa çağırdı: “Düşmən gənclərdə ümidsizlik yaratmağa çalışır. Qarşılığında biz ümid yaradan çoxsaylı vaistələrdən istifadə edərək ümid yaratmalıyıq. Hamı bu vəzifəni ciddiyə alsın”.

O, qeyd etdi ki, ümid yaratmaq heç də zəif cəhətləri gizlətmək və özünü aldatmaq kimi başa düşülməməlidir: “Zəif cəhətlər də deyilməli, amma yanında ümidverici cəhətlər də deyilməli, parlaq üfüq və gələcək göstərilməli, hər kəsə çatdırılmalıdır”.

Həzrət Ayətullah Xamenei amerikalıların regionla bağlı çaşqınlığına işarə edərək dedi: “Dövlətin regionla bağlı siyasəti aydındır. Biz nə etdiyimizi bilirik. Amma amerikalılar çaşqınlıq içərisindədirlər. Çünki regionda qalsalar, Əfqanıstanda olduğu kimi xalqların gündən-günə artmaqda olan nifrəti ilə qarşılaşıb regionu tərk etmək məcburiyyətində qalacaqlar. Əgər getsələr, öz vassalını itirəcəklər. Bu çaşqınlıq onların açıq-aşkar zəifliyini göstərir”.

İnqilabın Rəhbəri Məşhədin dindar əhalisi, Həzrət Əli ibn Musa Rzanın (ə) hərəminin əziz zəvvarları ilə yenidən görüşməyi qismət etdiyi üçün Allaha şükür edərək bütün alimlərə, tədqiqatçılara, həkimlərə, tibb işçilərinə, könüllülərə, vaksin və digər tibb ləvazimatları istehsal və inyeksiya edən mərkəzlərə, son illərdə ümumi korona bəlasının qarşısının alınmasında aktiv çalışmış hər kəsə öz təşəkkürünü bildirdi.

Görüşün əvvəlində çıxış edən İmam Rza (ə) ziyarətgah kompleksinin rəhbəri Höccətül-İslam vəl-müslimin Mərvi qeyd etdi ki, İmam Rza (ə) ilə bağlanmış əhd-peymana bağlılıq rəzəvi həyat tərzinin rəhbər tutulması, o cənabın təlimlərinin fərdi və sosial həyata tətbiq edilməsi ilə şərtləndiyini dedi. O, bu kompleksin fəaliyyətləri ilə bağlı hesabat verərək dedi: “Layiqli ziyarətin daha geniş şəkildə təşkil edilməsi, ehtiyaclılara, o cümlədən Məşhədətrafı ərazilərdəki ehtiyaclılara qayğı göstərilməsi, İmam Rza (ə) kompleksinin sosial proqramlarının inkişaf etdirilməsi, ziyarətin daha da asanlaşdırılması, ziyarətçilərə ehtiram, ixtisaslaşmış gənclərə üstünlük verilməsi İmam Rza (ə) kompleksinin strategiyaları və fəaliyyətlərindəndir”.

 

 

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: