Sizdəh be dər
Novruz bayramının son günü Fərvərdin ayının 13-də keçirilir. Bu gün çoxillik mədəniyyət ənənəsinə görə insanlar evlərindən çıxıb təbiətə, düzənliklərə, bağlara gedərək bulaqların, dərələrin yaşıllığı, axar suları, bağdakı ağacların altında şadlıqla günü keçirirlər. Bu bayram uzun illərdən sonra iranlılar tərəfindən hələ də keçirilir. Mifoloji-tarixi rəvayətlərdə və qədim İran ədəbi mətnlərində təbiətlə əyləşmək kimi qeyd edilir. Qədim iranlılar hər ayın 13-də yağış tanrısına sitayiş edirdilər ki, yağış yağsın, ot və bitki yetişdirməklə yer üzü təzə və canlı olsun. Qədim iranlılar yeni ilin əvvəlində ilin on iki ayını xatırladan on iki gün şənlik və şadlıqdan sonra xeyirli gün olan Novruzun on üçüncü günü bağa və səhraya gedərək bunu bitirirdilər.
Bu bayramın hər cür sosial sıxıntılardan uzaq, sevinclə, müxtəlif oyunlar oynamaqla, yelləncəklə, bayram üçün yetişdirilən səməni suya atmaqla, gənc qızlar isə yeni ildə həyat yoldaşı tapmaq əlaməti olaraq qeyd edirlər. Novruz kimi bu bayram da Azərbaycanda, Tacikistanda, Əfqanıstanda və Kürdüstanda qeyd olunur.
İran təqvimində bu gün Təbiət Günü adlanır və rəsmi bayramdır.
Ad | Sizdəh be dər |
Ölkə | İran |
Növ | Milli |