Toxuculuq malları (İkat) ((Yəzd))

Toxuculuq malları (İkat) ((Yəzd))

Toxuculuq malları (İkat) ((Yəzd))

Yəzdin tarixi bu şəhərdə toxuculuğun tarixçəsi ilə sıx şəkildə bağlıdır. Bu baxımdan Yəzddə ənənəvi toxuculuq mallarının istehsalı xüsusilə prioritet təşkil etmişdir və əvvəla, onun ilkin xammalları, yəni pambıq və ipəyi çox asanlıqla bu məntəqədə istehsal edirdilər. İkincisi, bu məntəqədə qadınlar həmin işi öz evlərində yerinə yetirirdilər. Lakin başqa bir amil də Yəzddə toxuculuğun tarixçəsində böyük rol oynamışdır ki, bu da həmin şəhərin qədim İpək yolu istiqamətində yerləşməsi idi. Məhz bu amil yerli əhaliyə imkan verirdi ki, bu vasitə ilə çox asanlıqla ticarətlə məşğul olsunlar.

Toxuculuq mallarının istehsalı Yəzdin ənənəvi toxuculuq sənətinin altqruplarından biridir. “İkat” malay dilində bir sözdür ki, düyün vurmaq və rəngləmək mənasını verir. Fars dilində isə ona “darayi” deyirlər ki, bu da Azərbaycan dilində “zolaqlı ipək parça” deməkdir. Parçanın üzərində naxış çəkmək üçün istifadə olunan qədim bir üsuldur və bu da parçanı toxumağa başlamazdan qabaq həmin sapların rənglənməsidir. Keçmişdə sapların rənglənməsi məqsədilə təbii rənglərdən istifadə olunurdu. Məsələn, tropik bitki olan indiqodan mavi rəngin, qızılboya otundan və qırmızı toxumdan qırmızı rəngin, ağac budağı və güldən sarı rəngin, mineral maddələrdən və müxtəlif torpaqlardan qara rəngin əldə olunması üçün istifadə olunurdu.

Bu gün həmin rənglərdən çox nadir hallarda istifadə olunur və kimyəvi rənglər qeyd edilən təbii rənglərin yerini tutmuşdur. Bəzi mütəxəssislər İndoneziyanı bu sənətin meydana gəldiyi yer kimi qəbul edirlər. Ən qədim mövcud ikat Misir məmləkəti ilə bağlıdır və onun tarixi miladi tarixi ilə XI əsrə gedib çıxır. Hindistanın şimal-qərbindəki divar rəsmlərində ikat geyinmiş qadınlar təsvir olunmuşdur.

Amma İranda da hələ qədim dövrlərdən sözügedən parça toxunulmuşdur və onun hələ 800 il bundan əvvəl Yəzddə toxunulduğunu bildirirlər. İkat iki növdür: əriş ikat və arğac ikat. Əriş ikatda əriş saplar toxunmadan öncə rənglənir və sonra isə parçanın ipliyini əyirməyə başlayırlar. Sonra toxunma zamanı naxışlar görünməyə başlayır. Arğac ikatda əriş və arğac sapların hər ikisini iplik şəklində əyirməyə başlamazdan öncə onlar rənglənir və sonra isə əyirmə və toxuma işləri yerinə yetirilir.

Aydındır ki, ikinci növ ikat daha çox zəhmət tələb edir və daha qiymətlidir. İstehsal olunmuş toxuculuq malları, bir qayda olaraq, 90 sm enində və təxminən 30 sm uzunluğunda olur və toxuma işi başa çatdıqdan sonra ilmə ehtiyac olduqca kəsilir və istifadə olunur. Bir neçə il bundan əvvəl əriş və arğac üçün təbii ipəkdən istifadə olunurdu, amma hazırda viskoz sapından əriş üçün və süni ipəkdən, yaxud Ayon Filament viskozundan arğac üçün istifadə edirlər. Baş örtüyü, taxt örtüyü, masa örtüyü, yorğan üzlüyü, boğça və s. kimi çoxsaylı mallar əsas istehsal məhsullarıdır.                                                    

Ad Toxuculuq malları (İkat) ((Yəzd))
Ölkə İran

:

:

:

: