Qiymə xuruş

Qiymə xuruş

Qiymə xuruş
Qiymə, daha çox dini mərasimlər, xüsusən də dəfn mərasimləri üçün uyğun olan nəzir yeməyi kimi tanınan orijinal İran yeməklərindən biridir

Qiymə, daha çox dini mərasimlər, xüsusən də dəfn mərasimləri üçün uyğun olan nəzir yeməyi kimi tanınan orijinal İran yeməklərindən biridir. Həmçinin Məhərrəmlikdə əksər əzadar heyətlərdə nəzir yeməklərinin paylandığı zaman qiymə ən çox yayılmış seçimdir.İranlılar insanların bişirmək üçün hədiyyə etdikləri yüksək keyfiyyətli və təzə ətlərə görə qurbanlıq qiyməni həmişə ev qiyməsindən daha dadlı qiymə hesab edirlər.

Bəziləri tərəfindən xureşte ləpe də adlandırılan və bişirilmə tarixi İslamdan əvvəlki İrana gedib çıxan bu yeməyin əsas inqrediyentləri Oman limonu, qoyun əti və ləpədən (ikiye bölünmüş noxud)  ibarətdir. Ləpə isladılır, soğan doğranılır və sonra qızılı olana qədər qızardılır, onunla ət də bir az qızardılır, sonra ona ləpə əlavə edilir. Bibər və tomat pastasını əlavə edib qarışdırın, sonra yeməyə bir az su əlavə edin və bərkiməsi üçün zərif od üzərinə qoyun.

Bişirilmənin son dəqiqələrində ona gülab, darçın, duz və digər ədviyyatlarla birlikdə acılığı alsın deyə Oman limonu əlavə edilir. Qiymə ilə kartoflar dilimlərə kəsilir və qızardılır. Bəziləri kartofu badımcanı əvəz edir, bu halda yeməyin adı dəyişdirilərək qiymə badımcan olur. Nəhayət, yeməyə zəfəran əlavə edilir və qiymə süfrəyə hazırdır. Bu yemək zəfəranlı plovla yeyilir və yanında tərəvəz, qatıq, turşu da süfrəyə qoyulur.

Ad Qiymə xuruş
Ölkə İran

:

:

:

: