İslamdan sonra İran ədəbiyyatı (nəsr)

İslamdan sonra İran ədəbiyyatı (nəsr)

İslamdan sonra İran ədəbiyyatı (nəsr)

İslamdan sonra rəsmi fars nəsri bir fasilədən sonra ilkin formasından ayrılaraq Samanilər dövründə Dəri farscasına çevrilmişdir. Bizə gəlib çatmış ilk nəsr mətni Əbu Mənsur Məhəmməd ibn Əbd ər-Rəzzaq və bir qrup Xorasan və Mavərənnəhr alimləri tərəfindən İslamdan əvvəlki İranın tarixi dair tərtib edilmiş Əbu Mənsurinin “Şahnamə”sindən vərəqlərdir.

 Fars nəsri əvvəldən indiyədək müxtəlif mövzular baxımından tədqiq edilə bilər:

 1- Milli və qəhrəmanlıq mövzusu: Əbu Tahir Bəlxinin Şahnaməsi və Əbu Tahir Tərsusinin Darabnaməsi kimi.

 2- Romanlar: Ən qədim fars romanı “Min bir gecə” adlanır ki, bu roman əvvəlcə pəhləvidən ərəbcəyə, sonra ərəbcədən farscaya çevrilmişdir. Səmək Əyar Fəramərz İbn Xodadadın tərtib etdiyi başqa bir qədim fars romanıdır.

 3- Hekayələr və dastanlar: “Kəlilə və Dəmnə”  və Əruzinin Dörd məqaləsi kimi.

 4- Tərcümə və rical kitabları: Əttar Nişaburi Təzkirətul övliya və Əbdürrəhman Caminin Nəfahatul üns kimi sufi şeyxlərinin vəziyyətini zikr edən kitablar və  Məhəmməd Ovfinin Təzkirətul lübabul əlbab kimi şairlərin haqqında olan kitablar

5- Tarix: İran fars ədəbiyyatında tarixşünaslıq Şahnamələrlə başlamışdır (Tarixul üməm vəl muluk, Tarixe Bələmi , Məhəmməd İbn Cərir Təbərinin ərəbcədən farscaya Əbu Əli Məhəmməd Bələmi tərəfindən tərcüməsi və Rəşid Əddin Fəzlullah Həmdaninin Tarixe Beyhəqi və Əbülfəzl Beyhəqinin tarix kitabları ) ilə başlamışdır.

 6- Dini mövzular: Bu sahədə yazılmış ən qədim əsərlərdən biri Samanilər dövründə bir qrup Mavərənnəhr alimi tərəfindən Məhəmməd İbn Cərir Təbərinin farsca tərcüməsi olan Təbəri təfsirdir. Meybodinin Kəşf əl-Əsrar təfsirləri və ilahiyyat əsərlər arasında Nasir Xosrov Qubadinin Zadül müsafirin kitabını  qeyd etmək olar.

 7- Siyasət, əxlaq və hökmlərə aid kitablardan İbn Sinanın “Zəfərnamə”sini  , Ünsürməali Keykavusun Qabusnaməsini Xacə Nizamül mülkün Siyasətnaməsini, Qəzzalinin Nəsihətul muluk və Nəsrəddin Tusinin Əxlaqi Nasiri kitablarını missal göstərmək olar.

 8- Ədəbi üsullar və bəlağət: Bu cür mətnlər Məhəmməd ibn Ömər Rədvianinin “əl-Bəlağə”əsərinin tərcümələrindən başlayır və daha sonra Rəşid Vətvatın “Hədaiq əl-Səhər” əsəri ilə davam edir.

 9- Yumor və tənqid: Keçmişin ən məşhur yumorçularından biri Əxlaqul-əşrəf adlı əsəri ilə Übeyd Zəkanidir. Əxlaqul əl əşraf onun əsəridir. Qacarlar dövründə Qaani də “Pərişan” kitabında tənqidi məsələləri müqayisəli şəkildə ifadə etmişdir. Amma bu növ ədəbiyyatın zirvəsi jurnalistika yolu ilə inkişaf edən Məşrutə İnqilabı ilə bağlıdır.

Ad İslamdan sonra İran ədəbiyyatı (nəsr)
Ölkə İran
Template

:

:

:

: