Məsnəvi
“Məsnəvi Mənəvi”, Cəlaləddin Məhəmməd Bəlxi Ruminin (Mövləvi) yazdığı irfani şeir;
Bu məsnəvi altı kitab və təxminən 26.000 beytdə Rəməl bəhrində (nəsihət üçün istifadə olunan şeir üslubu) ilə yazılmışdır.
Rumi təqribən 640-650 hicri / 1262-1272-ci illər tələbəsi Hisaməddin Çələbinin xahişi ilə “Məsnəvi” ni yazmış və ilk olaraq 18 beytdən ibarət yazmışdır. Hisaməddinin arvadı və Ruminin oglu Ələddin Məhəmmədin vəfatı ilə dayandırılmış və iki ildən sonra bərpa edilmişdir.
Əgər “Şahnamə” qədim İran xalqının dastanıdırsa, Ruminin “Məsnəvi”sini İslamdan sonra İran dastanı adlandırmaq olar. Ruminin bu şeirdəki hekayət üslubu əslində Kəlilə və Dimnə üslubuna yaxındır və min bir gecəyə yaxındır. Bu kitab dünyanın əksər dillərinə tərcümə edilmişdir. Nikolson Reynold bütün Məsnəvini ingilis dilinə tərcümə edib nəşr etdirib. Məsnəvi haqqında çoxlu təfsirlər yazılmışdır, o cümlədən Əbdülbaqi Gölpınarlının Məsnəvi nəsri və təfsiri türkcə, farsca şərhi isə Bədiüzzaman Furuzanfərə məxsusdur.
Ad | Məsnəvi |
Ölkə | İran |
Mövlana |