Azərbaycanın Müstəqillik Günü münasibəti ilə tədbir
Azərbaycanın Müstəqillik Günü münasibəti ilə məktəbdə tədbir
28 May Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Bakıdakı təhsil kompleksində bir sıra ölkələrin nümayəndələrinin və şagirdlərin valideynlərinin iştirakı ilə gözəl mərasim təşkil edilib. Bu təhsil kompleksinin tələbələri Hindistan , Misir səfirləri və İran, İngiltərə, Qazaxıstan, Türkiyə, İtaliya, Meksika, ABŞ və Cənubi Koreya səfirliklərinin nümayəndəlikləri qarşısında həmin ölkələrin mədəniyyəti və incəsənəti haqqında qısa məlumat verdilər və orada iştirak edən diplomatlar hər biri beş dəqiqəlik çıxış etdilər. İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Azərbaycanın Müstəqillik Gününü təbrik edərək multikulturalizmi və mədəni müxtəlifliyi ölkələrin imtiyazları hesab etsə də, ölkələrin orijinal mədəniyyətlərini qoruyub saxlamağı məktəblərin əsas missiyalarından biri hesab etdiyini bildirdi.
Kompleksin digər zalında hər kəsin ziyarət etdiyi bu ölkələrin kulinariya sənəti nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin sədri tərəfindən bəzi İran şirniyyatları, turizm və mədəniyyət kitabları ilə yanaşı İranı tanıdan pankartlar məktəbə təqdim edilib və bu kompleksin iranlı tələbələrinin valideynləri də bir neçə növ İran yeməkləri bişirərək öz guşələrində İran mətbəxi mühiti yaradıblar ki bu da ziyarətçilərin diqqətini çəkdi.
Öz rəyinizi yazın.