Ayətullah Xamenei cənabları Həzrət Zəhra (s) haqqında
Ayətullah Xamenei cənabları Həzrət Zəhra (s) haqqında
Allah-taala Həzrət Fatimeyi-Zəhranın (s.ə) mənəvi elmini, paklığını, səbrini və fədakarlığını nəzərə alaraq, onu öz nemətlərinin mərkəzində qərarlaşdırmışdır və biz özümüzü bu əzəmətli İslam xanımının aşiqləri sayaraq, itaətdə, ibadətdə və sairdə onun yolunu getməliyik
Ayətullah Xamenei cənabları Həzrət Zəhra (s) haqda
“Allah-taala Həzrət Fatimeyi-Zəhranın (s.ə) mənəvi elmini, paklığını, səbrini və fədakarlığını nəzərə alaraq, onu öz nemətlərinin mərkəzində qərarlaşdırmışdır və biz özümüzü bu əzəmətli İslam xanımının aşiqləri sayaraq, itaətdə, ibadətdə və sairdə onun yolunu getməliyik.
Ona olan sevgimizi əməllərimizlə nümayiş etdirməliyik. Doğrudanmı, biz Həzrət Fatimeyi-Zəhra (s.ə) kimi özümüzün və övladlarımızın boğazından bir tikə çörəyi kəsərək, acları doyurmaq üçün ayırmağa hazırıq?
Biz məsum və pak Əhli-Beytin (ə) həyatının əksi istiqamətində yönələrək, eyni halda özümüzü Əhli-beyt (ə) aşiqi hesab edə bilərikmi? Biz Həzrət Peyğəmbər ailəsinin (ə) yolunu gedərək onlara layiq olmağı sübut etməli və İslam dininin bizdən tələb etdiyi şeylərə həyatımızı uyğunlaşdırmaqla, ilahi mesajı dünyaya çatdırmaq və böyük missiyamızı yerinə yetirmək üçün məsum və pak Əhli-Beytə (ə) (əməllərimizlə, rəftarlarımızla) daha çox sarılmalıyıq.
Təkcə dəyərli atası, həyat yoldaşı, övladları və ona xüsusi sevgi bəsləyən insanlar deyil, onunla sıx əlaqəsi olmayan şəxslər belə Həzrət Fatimeyi-Zəhra (s.ə) haqda mədh və tərif dolu ibarətlər söyləyiblər. Sünni ravilərinin Fatimeyi-Zəhra (s.ə.) haqqında yazdığı kitablara nəzər salsanız, Həzrət Peyğəmbərin (s) Sadiqə Tahirənin (s) mədhində nəql etdiyi və yaxud onunla davranışları barəsində çoxlu rəvayətlər görərsiniz. Bu hədisləri Allah Rəsulunun xanımları və başqa şəxslər rəvayət etmişdlər. Məsələn, bu məşhur hədis Aiyədən rəvayət edilir: “Allaha and olsun ki, sima, əxlaq, mənəvi nuranilik, rəftar və davranış baxımından Peyğəmbəri-Əkrəmə (s) Fatimədən daha oxşar birini görmədim. Fatimə otağa daxil olduğu zaman, Allahın elçisi onun ayağına qalxar, onu şövqlə qarşılayardı.” Yəni təkcə ayağa qalxmazdı, sevinclə ona sari gedib, onu qarşılayardı. Onu öpüb, əlini tutardı. Sonra öz yerində əyləşdirərdi.
Mənim əzizlərim! Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzəməti, o nəcib şəxsiyyətin həyat yolunda tam aydın görünür. Məsələ budur ki, biz Fatimeyi-Zəhra (s) haqqında nə bilirik? (onu necə həyatımızda tətbiq edirik?)”
Öz rəyinizi yazın.