Ayətullah Xameneinin Əhli-beyt (ə) şairləri və məddahları ilə görüşündən bəzi məqamlar
Ayətullah Xameneinin Əhli-beyt (ə) şairləri və məddahları ilə görüşündən bəzi məqamlar
Məddahlıq, şiənin mədəni iris olaraq və xoş avaz, gözəl şeir, münasib nəğmə və nəcib məzmunun birləşməsindən tərkib tapan bir sənət əsəridir. Onun bütün elementləri digər dəyərli dini mətnlər kimi cazibədar olmalıdır
Ayətullah Xameneinin Əhli-beyt (ə) şairləri və məddahları ilə görüşündən bəzi məqamlar
“Məddahlıq, şiənin mədəni iris olaraq və xoş avaz, gözəl şeir, münasib nəğmə və nəcib məzmunun birləşməsindən tərkib tapan bir sənət əsəridir. Onun bütün elementləri digər dəyərli dini mətnlər kimi cazibədar olmalıdır.
Günah çalarlı nəğmələrə uyğun olan bəzi mahnılar məddahlıq sənətinə münasib deyil və onlara qarışmamalıdır.
Məddahlıq, maarifləndirmə xüsusiyyətindən əlavə, həm də duyğuları (mənəvi yöndə) oyatmaq qabiliyyətinə malikdir. Təbii ki, düşünmədən hissiyyata qapılmaq faydalı deyil, lakin şiə mətnlərində maarifləndirmənin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o, emosiyalarla yanaşı, dinləyicinin dərin düşüncə və təfəkkür qabiliyyətini də inkişaf etdirir.”
Ayətullah Xamenei (md) məddahlıqda (mədəni) hücumların qarşısını almaq, elmi inkişaf, ailə təməlinin möhkəmliyi, agahlıq və ümid bəxş etmək, cavanların tərbiyəsi və geniş dünyagörüşü istiqamətində maarifləndirmənin olmasına diqqət etməyin zəruriliyini vurğulayaraq buyurmuşdur: “Burada birinci şərt, insanları doğru yola yönəltməyi qarşıya məqsəd qoymaq və pul, şöhrət və ictimai mövqeyə çatmağı hədəf olaraq görməməkdir. Məddahlığın mədəni təsirini artıran ikinci şərt, bilik əldə etməkdir. Buna görə də, əxlaq, hədis, təfsir kitabları və Şəhid Mütəhhəri kimi əzəmətli şəxsiyyətlərin əsərlərini mütaliə etməklə bilik bazalarınızı gücləndirin.”
Öz rəyinizi yazın.