Başsağlığı mesajı
Başsağlığı mesajı
İran İslam Respublikasının Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzinin rəhbəri Əli Əkbər Ziyai azərbaycanlı ruhani Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib
İran İslam Respublikasının Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzinin rəhbəri Əli Əkbər Ziyai azərbaycanlı ruhani Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı başsağlığı verib, mesajın mətni belədir;
Allahın adı ilə
İnna lillah və inna ileyhi raciun
Qüdrətli natiq və ruhani, Bakının Məşhəd Dadaş məscidinin imamı Hacı Şahin Həsənlinin vəfatı mərhumun aşiqlərində , Əhli-beyt (ə) təlimlərini sevənlərdə , tolerantlıq mədəniyyəti və İbrahimi dinlər ardıcılları xüsusilə də gənclərdə dərin təəssüf yaradıb. Mərhumun fədakarlıq mədəniyyətinin aşılanmasında, vətənpərvərlik və insanlara xidmət mədəniyyətinin izah edilməsində göstərdiyi xidmətləri həm Azərbaycan cəmiyyətində, həm də virtual aləmdə Əhli-beyt (ə) mədəniyyətinin təbliğinə, dini şübhələrin aradan qaldırılmasına çalışan din aliminin konkret nümunəsidir.
Bu vəhdət sevən və xalqın sevdiyi din xadiminin vəfatı ilə bağlı möhtərəm Azərbaycan dövlətinə və xalqına, xüsusən də mərhumun ailəsinə , qardaş və dost Azərbaycanın din xadimlərinə, gənclərinə və dini icmasına başsağlığı veririk.
Dr. Əli Əkbər Ziyai
Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzinin rəhbəri
Öz rəyinizi yazın.