Imam Rzanın (ə) mövludu və Kəramət həftəsi ilə əlaqədar müsabiqə keçirilmişdir
Imam Rzanın (ə) mövludu və Kəramət həftəsi ilə əlaqədar müsabiqə keçirilmişdir
Səkkizinci imamın mövludu və Kəramət həftəsi münasibətilə İmam Rzanın (ə) həyat tərzi haqqında onlayn müsabiqə İran Mədəniyyət Mərkəzi tərəfindən keçirildi. Müsabiqədə min nəfər iştirak etdi, onlardan 300 nəfəri bütün sualları cavablandırıb Mədəniyyət mərkəzinin ünvanına göndərə bildi. Onlardan 22 nəfəri bütün sualların cavablarını düzgün yazıb müsabiqəyə göndərmişlər.
İnstaqram və Facebook vasitəsilə canlı yayımda tamaşaçılarla söhbət edən İranın Mədəniyyət mərkəzinin sədri cənab Purmərcan yarım saat İmam Rzanın şəxsiyyətindən danışdı və sonda bu müsabiqənin üç qalibi 22 nəfər içindən püşkatma ilə müəyyən olundu.
Mədəniyyət mərkəzinin sədri çıxışında səkkizinci imamın elmi-mədəni işlərindən bir guşəsi barədə bu proqramda deyib: İmam Rzanın (ə) dövründən əvvəl İslam dünyasında islami bilik mübadiləsi aparılıb, bir bunun bariz nümunəsi İmam Sadiqdir (İmamın məktəbində 4000-dən çox şagird var idi, lakin İmam Rzanın dövründə tərcümə hərəkatı başlayanda zərdüştilər, yəhudilər, xristianlar və yəhudilər də müsəlmanlarla dialoqa girmişlər. Yunan fəlsəfəsi islam dünyasına daxil olması və kitabların tərcüməsi ilə tərcümə dövrü başlamışdı. Fəlsəfi fikirlər gənclərin və müsəlmanların zehni müəyyən dərəcədə fərqli düşüncələrə çəkmiş və İmam Rzanın (ə) bu məsələyə dialoq və məntiqi düşünmə yolu ilə girməkdən Müxtəlif fikirlər, azğın məzhəblər hər yerə yayılırdı və İmamın (ə) dialoq və müzakirələri onun dövründə ən böyük və dərin təsirə malik olub və buna görə də iddia etmək olar ki, İmamlar dövründə dinlərarası dialoqun açarı olublar.
Sonda Mədəniyyət Mərkəzinin sədri İmamın həyat tərzinin kasıb və imkansızlarla münasibəti, xalqla necə ünsiyyətdə olmasının bəzi məqamlarına toxunmaqla yanaşı, Rza titulu haqqında da açıqlamalar verib və bu müsabiqələrin çox gözəl qarşılandığını qeyd edib. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İslam dünyasının iki böyük bayramı olan Qədir Xam və Qurban bayramı münasibətilə böyük beynəlxalq və onlayn müsabiqə keçirəcəyini elan edərək bu mədəni yarışlarda iştirak rekordunun qırılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu müsabiqədə Gürcüstan, Rusiya, Türkiyə, Azərbaycan və İrandan olan iştirakçılar olub.
Öz rəyinizi yazın.