• Dec 22 2022 - 12:21
  • 259
  • Mütaliə zamanı : 1 minute(s)
Yəlda gecəsi mərasimi keçirildi

Yəlda gecəsi mərasimi keçirildi

Bakıda yaşayan iranlıların iştirakı ilə İran Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin Şəhriyar Mədəniyyət Evində Yəlda gecəsi tədbiri keçirilib

Yəlda gecəsi mərasimi keçirildi

 Bakıda yaşayan iranlıların iştirakı ilə İran Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzinin  Şəhriyar Mədəniyyət Evində Yəlda gecəsi tədbiri  keçirilib. Bu mərasimdə İran səfirliyinin Mədəniyyət Mərkəzinin sədri qonaqları salamlayarkən bir neçə dəqiqə Yəldanın İran tarixində bir mədəniyyət bayramı olması haqqında danışıb və deyib:

Bu cür bayramlar iranlıların təbiətlə  uyğunluğunun simvoludur və bu bayramların fəlsəfələrindən biri insanları xoşbəxtliklə bir araya gətirməkdir və min illər ərzində iranlıların milli əlaqələri bu bayramlarda daha da möhkəmlənib , sevgi, sülh, dostluq mesajları gələcək nəsillərə ötürülürb. Çox maraqlıdır ki,bütün bu şənliklərin mahiyyətində dualar var.Yalda gecəsinin uzunömürlülüyünün sirri də işıq, nur,ümid, doğulmaq və qaranlıqdan keçmək kimi elementlərdir.

İranın və dünyanın klassik və çağdaş ədəbiyyatı Yəlda haqqında çox danışıb, gah gecənin qaranlığına və günaha bənzədiblər (Nasir Xosrov), gah da Yəldani zülmə (Hafizə) işarə hesab edirdilər. Xaqani Yəldanı dünyanın zülmətinə bənzədir, romantik şeirlərdə Yaəlda aşiqin uzun saçı, yaxud hicranlı və ayrılıq kimi qeyd edilir. Çağdaş İran poeziyası da Yəldani ətraflı müzakirə edərək onu İranın İslami həyat tərzini üzə çıxarmaq , insan ləyaqətini bərpa etmək və gözəl insan simasını göstərmək fürsəti kimi təqdim edib.

İranın Azərbaycandakı səfiri cənab Seyid Abbas Musəvi bu qədim və ənənəvi bayramı və mərasimi yaşayan iranlıları təbrik edərkən, bunu bir araya gəlmək, bir-birinin vəziyyətini öyrənmək, adət-ənənələ və onlarla yaxından tanış olmaq fürsəti hesab etmişdir. Sonra O, Hafiz Şirazdən bir şeir söylədi.

Bu proqramda Bakıda Vəliəsr kompleksinin tələbələri tərəfindən “Şahnamə” və xüsusi Yəlda mahnıları oxunması və Bakıda iki iranlı müəllimin şeirlər oxunması ilə yanaşı, Təbriz şəhərinin “İmaj” ənənəvi musiqi və incəsənət qrupu Xaricdə Yaşayan iranlıların Mədəni Əməkdaşlıqlar Baş İdarəsinin Mədəni əməkdaşlığı ilə proqram həyata keçirməyə başladılar və bu proqram iranlılar tərəfindən gözəl qarşılandı.

Maraqlananlar kitabın elektron variantını aşağıdakı linkdən əldə edə bilərlər!

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: