Fəcr Teatr Festivalı
İran və Azərbaycanın mədəniyyət əlaqələrinin inkişafı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru və Fəcr Teatr Festivalının iştirakçıları İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşmüşdür.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əiqismət Lalayev iki tamaşa ilə Fəcr Teatr Festivalında iştirak etmək üçün Tehrana səfər etmiş bir sıra azərbaycanlı sənətçilərlə birlikdə İrandan qayıdıb İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədi cənab Qurbanəli Purmərcanla görüşüb və iranlıların və Fəcr Teatr Festivalında iştirak edənlərin qonaqpərvərliyini yüksək qiymətləndirib. Hər il beynəlxalq səviyyədə keçirilən bu festival dünyanın ən tanınmış teatr festivallarından biridir və Azərbaycan sənətçilərinin bu festivalda iştirakı təqdirəlayiqdir.
Cənab Lalayev İranda musiqi, teatr və kino sənətini çox keyfiyyətli, dəyərli və ülvi hesab edib və deyib: Mədəniyyət və incəsənət fəaliyyətləri ölkələr arasında ikitərəfli əlaqələrin əsasını təşkil edir , insanları və hökumətləri hər birinə yaxınlaşdıra bilər. “
İran İslam Respublikasının Mədəniyyət Mərkəzinin sədri cənab Purmərcan Azərbaycanlı sənətçilərin İranda olmasını yüksək qiymətləndirərək, onlara yaxşı ifalarına görə təşəkkür edib və deyib: İran və Azərbaycanın mədəniyyət və incəsənət sahəsində çoxlu ortaq cəhətləri var və bu iki tərəfin çox sıx sənət əlaqəsinə səbəb olur, qarşıdakı dövrlərdə mədəniyyət və incəsənət sahəsində birgə tamaşalara doğru irəliləməliyik.
Öz rəyinizi yazın.