rel_photo

İran xalqının mədəniyyətində müqəddəs Ramazan ayının ənənələri

İran xalqının mədəniyyətində müqəddəs

Ramazan ayının ənənələri

Bu ayın gəlişindən əvvəl İranın müxtəlif bölgələrində insanlar evlərin, məhəllələrin və məscidlərin üzərini təmizləyirlər. Təmizlik və səliqə ilə Quran baharını qarşılamağa gedirlər ki, dini vəzifələrini rahatlıq və istirahət ilə yerinə yetirsinlər. Təmizlik təkcə ev mühiti ilə məhdudlaşmır. Yaşlı və cavanlar məhəllələrində ictimai yerlərin təmizlənməsində və müxtəlif Ramazan mərasimləri üçün məscid və ibadət otaqlarının hazırlanmasında sevinclə iştirak edirlər. İnsanlar müxtəlif şəhərlərdə xadimlərlə məscidləri təmizləyir, ibadət yerlərinin daxilindəki xalça və xalıları silkələyirlər, iaşə qablarını yuyurlar. Mübarək Ramazan ayının ehtiyacları ay başlamamışdan əvvəl hazırlanır ki, oruc tutanlar bu ayın ibadətlərini və ayinlərini daha rahat yerinə yetirə bilsinlər. İranın bütün şəhərlərində Qurani-Kərimin oxunması və xətmi üçün xüsusi mərasimin keçirilməsi də mübarək Ramazan ayının başqa bir ənənəsidir. İran xalqı hər gün fərdi və ya qruplar halında Qurandan bir cüz tilavət edirlər. Məscidlərdə və məhəllələrdə hər gecə qrup halında iftar mərasimləri keçirilir və bir çox insanlar ehtiyacı olanlara yemək vermək üçün onların pulunu ödəyir. Namaz qılmaq və kasıblara kömək etmək bu ayda hər zamankindən daha çoxdur və İran xalqı oruc tutmaqla nəinki öz nəfsini tərbiyə etməyə çalışır, həm də ehtiyacı olanlara fayda verir. İranlılar Qədr gecələrində digər gecələrdən daha çox Allaha ibadət və razu niyaz edib, gecə yarısına qədər Quran oxuyaraq Allahdan əfv və məğfirət diləyirlər.

 

Açar sözlər
{author_name}
Yazıçının şəkli :

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Əlaqədar şəkil arxivi

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: