İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin bəyanatı
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin bəyanatı
Qardaş və dost ölkə olan Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qərəzli şəxs tərəfindən edilən silahlı hücum nəticəsində Azərbaycan diplomatı mərhum Orxan Əsgərovun qətlə yetirilməsi, həmçinin iki əməkdaşın yaralanması xəbəri bizi dərin qüssə və kədər hissinə boğaraq qəlbimizi yaraladı
Rəhimli və Mərhəmətli Allahın adı ilə
Qardaş və dost ölkə olan Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qərəzli şəxs tərəfindən edilən silahlı hücum nəticəsində Azərbaycan diplomatı mərhum Orxan Əsgərovun qətlə yetirilməsi, həmçinin iki əməkdaşın yaralanması xəbəri bizi dərin qüssə və kədər hissinə boğaraq qəlbimizi yaraladı. Bu dəhşətli hadisənin səbəbi nə olursa olsun, şiddətlə qınanmağa məhkumdur. Əminik ki, İran İslam Respublikası bu hadisənin səbəbkarını lazımi şəkildə cəzalandıracaqdır.
Bu kədərli hadisəni mərhumun valideynlərinə, bütün ailə üzvlərinə, qardaş və dost Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İnanırıq ki, qərəzli bir şəxsin çirkin əməli nəticəsində baş verən bu kimi hadisələr, iki xalqın bir-birinə olan sevgi bağlarına xələl gətirməyəcək və iki səmimi dost və qardaş xalqın birgə səyləri nəticəsində ölkələr arası münasibətlərin inkişafına zərbə vurmayacaqdır.
Qəminiz bizim qəmimiz, kədəriniz kədərimizdir. Allah mərhumun ruhunu şad etsin. Yaralılara tezliklə şifa bəxş etsin. Amin!
İİR-nin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi
Öz rəyinizi yazın.